
"Rusiya Ukraynadakı münaqişənin mövcud cəbhə xətti boyunca dondurulması variantını nəzərdən keçirmir".
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Siz bizim münaqişə ilə bağlı mövqeyimizi bilirsiniz, mövqeyimiz bu variantı istisna edir", - deyə Uşakov vurğulayıb.
Uşakov ölkələrin Rusiya və Ukrayna arasındakı münaqişəni yalnız döyüş təmas xətti boyunca dondurmaq təklifi ilə bağlı suala bu cür cavab verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.