19-08-2026, 17:48 7

Xırdalanda birlikdə yaşadığı qadının qızıllarını oğurlayan şəxsə hökm oxundu

Xırdalanda birlikdə yaşadığı qadının evdən çıxmasından istifadə edən şəxs onun qızıl-zinət əşyalarını oğurlayıb.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, həmin şəxs qızılları tanımadığı mağazaya 1 800 manata satıb, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına və borclarına xərcləyib.

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hadisəni törədən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq - özgənin əmlakını gizli olaraq talama) maddəsi ilə ittiham elan edilib. Cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə müəyyən edilib ki, qadın ərzaq almaq üçün evdən çıxarkən təqsirləndirilən şəxs ona 15 manat pul verib. Qadın evin qapısını bağlayaraq mağazaya gedib. Bundan sonra təqsirləndirilən şəxs pəncərədən onu çağıraraq açarı istəyib və dostunun gələcəyini deyib.

Açarı aldıqdan sonra isə qadının qızıllarını oğurlamaq qərarına gəlib. Yataq otağındakı dolabdan qızıl boyunbağı, iki qızıl kulon, bir cüt qızıl sırğa və qızıl üzüyü götürərək evdən çıxıb.

Qadın mağazaya çatmamış evə qayıdıb və qapının açıq olduğunu görüb. Evdəki 4 yaşlı uşağını sakitləşdirdikdən sonra yataq otağına keçib. Dolabdakı qızılların olmadığını gördükdə təqsirləndirilən şəxsə zəng edib. Lakin ona cavab verilməyib.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib. O, oğurladığı qızılları Bakı şəhəri, Nəsimi rayonunda yerləşən mağazada tanımadığı şəxsə 1 800 manata satdığını bildirib. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına və borclarının qaytarılmasına xərclədiyini deyib.

Zərərçəkmiş şəxs isə oğurlanan qızıl-zinət əşyalarının ümumi dəyərinin 4 900 manat olduğunu bildirib. Onun sözlərinə görə, əşyalar arasında 700 manat dəyərində qızıl boyunbağı, 200 və 1 000 manat dəyərində iki qızıl kulon, 3 000 manat dəyərində bir cüt sırğa və brilyant dəst olub. O, dəymiş ziyanın ödənilmədiyini bildirib və qızılların qaytarılmasını istəyib.

Məhkəmə təqsirləndirilən şəxsə 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Onun daha əvvəl başqa cinayət işi üzrə məhkumluğu da nəzərə alınıb. Abşeron Rayon Məhkəməsinin 2026-cı il tarixli hökmü ilə ona 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hazırkı iş üzrə verilmiş 1 il 3 aylıq cəza əvvəlki hökmlə təyin edilmiş cəza ilə qismən toplanıb və ona qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Əvvəlki iş üzrə nəzərə alınmış 11 ay 10 gün və hazırkı iş üzrə tutulduğu 3 gün - ümumilikdə 11 ay 13 gün müddət cəzadan çıxılıb.

Nəticədə onun üzərində qəti olaraq 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Paylaş

Xəbər lenti

Bakıda torpaq sahələrinin qiyməti oktyabrda orta hesabla 18 %-ə yaxın artıb Bu gün, 19:48 AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir Bu gün, 19:48 Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır Bu gün, 19:48 Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır Bu gün, 19:48 Nə qədər sərnişin metrodan ödənişsiz istifadə edib? Bu gün, 19:48 2027-ci ilsə öz yarını tapacaq 5 BÜRC Bu gün, 18:48 Tiktokda qadına gül atan kişiyə cinayət işi AÇILDI Bu gün, 18:48 20 illik həyat yoldaşını ona yaraşdırmayanlara cavab verdi: "Vecimə deyil!" Bu gün, 18:48 ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək Bu gün, 18:48 Bakıda bu poliklinika əsaslı TƏMİR OLUNACAQ - 1.5 milyon manat ayrıldı Bu gün, 18:48 Gəncədə avtomobil mopedlə toqquşdu - Xəsarət alan var Bu gün, 18:48 Amnistiya ilə çıxdı, ətçəkənlə çaydan oğurlayıb yenidən həbsə düşdü Bu gün, 18:48 Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı Bu gün, 17:48 SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb Bu gün, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Bu gün, 17:48 Ukraynada yaşayan azərbaycanlıya vəzifə verildi Bu gün, 17:48 Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib Bu gün, 17:48 Faiq Ağayev: "Bəzi müəllimlər hazırlıq keçsin deyə, şagirdlərə biliyi az verir" Bu gün, 17:48 Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat Bu gün, 17:48 Bakıda qadın "TikTok"da canlı yayımda öldü Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin ifadəsi AÇIQLANDI Bu gün, 17:48 "Arka Sokaklar"ın aktyoru ən çox borc pul aldığı həmkarının adını açıqladı Bu gün, 17:48 İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib Bu gün, 17:48 "Andorra"nın qapıçısını 4 ilədək həbs cəzası gözləyir - Bu hadisə araşdırılır Bu gün, 16:48 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:48 Xəstəxanalarda həkim qəbuluna özbaşına limit tətbiq edilirmiş? Bu gün, 16:48 Putin Rusiya vətəndaşlarının MDB-dəki gəlirləri barədə məlumat toplanmasına icazə verdi - Azərbaycanlılar da var... Bu gün, 16:48 Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib Bu gün, 16:48 Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM Bu gün, 16:48 Prezidentin yeni sədr təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE Bu gün, 16:48 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü Bu gün, 16:48 Ağdaşda 40 yaşlı müharibə iştirakçısı güllələnib Bu gün, 16:48 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu MADDƏLƏR Bu gün, 16:48 Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da Bu gün, 16:48 Vladislav Bıkov 72 yaşında vəfat etdi Bu gün, 15:48 Həbsxanada İmamoğlu ilə Sibel Canın sevgilisi arasında QALMAQAL YAŞANDI Bu gün, 15:48 Qətərdən ABŞ və İran danışıqları ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 15:48 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi Bu gün, 15:48 "Yelo Bank" reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu Bu gün, 15:48 Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı" Bu gün, 15:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi Bu gün, 15:48 Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım Bu gün, 15:48 Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb Bu gün, 15:48 Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı? Bu gün, 15:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib Bu gün, 14:48 UEFA Avropa Liqası: Əliyar Ağayev İspaniyada "Selta"nın oyununu idarə edəcək Bu gün, 14:48 Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika Bu gün, 14:48 Zakir Həsənov generallarla təlimi izlədi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR