
Şəmkirdə bədbəxt hadisə baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəşdən ölüb.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.