
"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.
Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.
Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
***23:11
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub - 1:0.
Kadi Borges 52-ci dəqiqədə fərqlənib.
***22:00
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə "Qarabağ" arasında keçirilən qarşılaşma başlayıb.
BAKU.WS xəbər verir ki, Niderlandın Ensxede şəhərində yerləşən "Qrols Veste" stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.