22-08-2026, 20:48 31

Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir

Azərbaycanda bağırsaq xərçəngi ilə mübarizədə ən böyük problem təkcə gec diaqnoz deyil. Bunun arxasında maarifləndirmənin kifayət qədər olmaması, insanların ilk simptomları ciddiyə almaması, həkimə gec müraciət etməsi və sosial məsuliyyətin aşağı olması dayanır.

Son illər dünyada həkimləri və alimləri narahat edən tendensiyalardan biri bağırsaq (kolorektal) xərçənginin getdikcə daha gənc yaşlarda aşkarlanmasıdır. Əgər əvvəllər bu, əsasən 50 yaşdan yuxarı insanların xəstəliyi hesab olunurdusa, indi 20-40 yaş arası şəxslərdə bağırsaq xərçəngi diaqnozuna daha tez-tez rast gəlinir.

Augusta Universitetinin tədqiqatçılarının hazırladığı hesabatda da qeyd edilir ki, bağırsaq xərçəngi artıq yaşlı nəslin xəstəliyi olmaqdan çıxıb. Dünyada 50 yaşdan aşağı insanlarda bu diaqnozun qoyulma tezliyi kəskin şəkildə artır və bu, qlobal səhiyyə sistemlərindən erkən skrininq proqramlarını yeniləməyi tələb edir.

Bəs Azərbaycanda vəziyyət necədir? Bağırsaq xərçəngi ölkəmizdə də gəncləşirmi? Risk qrupuna kimlər daxildir və xəstəliyin erkən aşkarlanması üçün nələrə diqqət yetirmək lazımdır?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Xəstəliyin yayılma göstəricilərində artım müşahidə olunur"

"Liv Bona Dea" xəstəxanasının Onkologiya şöbəsinin müdiri, tibbi onkologiya uzmanı Altay Əliyev bildirdi ki, dünya üzrə statistik göstəricilərdə kolorektal xərçəng görülmə tezliyinə görə üçüncü, xərçənglə bağlı ölüm hallarına görə isə ikinci yerdədir. Azərbaycanda son statistik məlumatlara əsasən, bu xəstəlik bütün xərçəng növləri arasında görülmə tezliyinə görə dördüncü, ölüm səbəbi kimi isə üçüncü yerdə qərarlaşıb: "Ən çox hallara 50 yaşdan yuxarı yaş qrupunda rast gəlinsə də, son illərdə həm dünyada, həm də Azərbaycanda xəstəliyin yayılma göstəricilərində artım müşahidə olunur. Gənc yaşda aşkarlanan kolon xərçəngi hallarının ümumi kolon xərçəngi xəstələri arasında payı təxminən 10 faiz təşkil edir. Daha detallı statistik göstəricilərə əsasən, 1992-2005-ci illər arasında kolorektal xərçəngin görülmə tezliyi 100 000 gənc əhali üzrə artım göstərib. Bu artım kişilərdə 1.5 faiz, qadınlarda isə 1.6 faiz təşkil edib. Gənc yaş qrupunda bu xəstəlik kişilər arasında daha çox müşahidə olunur".

Onkoloqun sözlərinə görə, bioloji və klinik xüsusiyyətlər baxımından gənc xəstələrdə kolon xərçəngi daha aqressiv gedişli ola bilir və bəzi hallarda müalicəyə daha az həssaslıq göstərir.

Bağıraq xərçənginin gəncləşmə səbəbi nədir?

Xəstəliyin gəncləşmə səbəblərinə gəldikdə isə həkim bildirir ki, qidalanma vərdişlərindəki dəyişikliklər mühüm rol oynayır: "Süni və yarıemal olunmuş fabrikat qidaların istifadəsinin artması, süd və lif tərkibli məhsulların istehlakının azalması risk faktorlarının yüksəlməsinə səbəb kimi göstərilir. Genetik və bioloji mexanizmlər baxımından isə gənc xəstələrdə bəzi irsi sindromların, o cümlədən "Lynch" sindromunun daha çox rast gəlinməsi diqqət çəkir. Eyni zamanda, son illərdə gənclər arasında artıq çəki və şəkərli diabet halları da bağırsaq mikrobiotasına təsir edərək xəstəliyin yaranmasına zəmin yaradan amillər sırasında göstərilir".

Ən həyat qurtarıcı yanaşma

Həkim vurğulayır ki, əlamətlər ortaya çıxdıqdan sonra müraciət edən xəstələrdə çox vaxt artıq irəliləmiş mərhələdə xəstəlik diaqnozu qoyulur. Buna görə risk qruplarının müəyyənləşdirilməsi və əlamət olmadan skrininq müayinələrinin aparılması tövsiyə edilir: "Bu müayinələrə kolonoskopiya və nəcisdə gizli qanın yoxlanılması daxildir. Ən həyat qurtarıcı yanaşma isə xəstəlik əlamət vermədən diaqnozun qoyulması və ya xərçəngönü proses sayılan poliplərin vaxtında aşkar edilərək götürülməsidir. Nəcisdə qan, səbəbsiz çəki itkisi və bağırsaq funksiyasında, o cümlədən defekasiya vərdişlərində pozulmalar xəbərdaredici əlamətlər kimi qiymətləndirilməlidir. Erkən diaqnoz üçün nəcisdə gizli qan analizi və kolonoskopiya tövsiyə edilir. Kolon xərçəngi skrininqi məqsədilə artıq bir çox ölkədə 45 yaşdan etibarən kolonoskopiya məsləhət görülür. Kolonoskopiyanın əhəmiyyəti təkcə erkən diaqnozla məhdudlaşmır. Bu müayinə bağırsaqda aşkarlanan poliplərin çıxarılmasına imkan verir və gələcəkdə xərçəngin yaranmasının qarşısını almaqda mühüm rol oynayır".

"Qəhrəmanlıq" və ya "sağlamlıq göstəricisi"

Onkoloq bağırsaq xərçəngi ilə bağlı cəmiyyətdə yayılmış yanlış təsəvvürlər haqqında da məlumat verdi: "Ən geniş yayılmış yanlış təsəvvür onun yalnız yaşlı insanların xəstəliyi olması fikridir. Digər təhlükəli yanaşma isə heç bir şikayət yoxdursa, narahat olmağa ehtiyac olmadığı düşüncəsidir. Halbuki erkən mərhələdə kolorektal xərçəng çox vaxt heç bir simptom vermir və yalnız skrininq müayinələri vasitəsilə aşkarlana bilər. Ümumiyyətlə, ən təhlükəli və tez-tez rast gəlinən yanlış düşüncələrdən biri uzun müddət həkimə müraciət etməməyin "qəhrəmanlıq" və ya "sağlamlıq göstəricisi" kimi qəbul edilməsidir."

Həkimin sözlərinə görə, Azərbaycanda bağırsaq xərçəngi ilə mübarizədə ən böyük problem təkcə gec diaqnoz deyil. Bunun arxasında maarifləndirmənin kifayət qədər olmaması, insanların ilk simptomları ciddiyə almaması, həkimə gec müraciət etməsi və sosial məsuliyyətin aşağı olması dayanır: "Bir çox xəstələr nəcisdə qan, bağırsaq vərdişlərində dəyişiklik, səbəbsiz çəki itkisi və ya uzunmüddətli qarın ağrılarını hemorroy, sadə həzm problemi kimi qiymətləndirərək aylarla həkimə müraciəti gecikdirirlər. Skrininq mədəniyyətinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Kolorektal xərçəng azsaylı xərçəng növlərindən biridir ki, skrininq vasitəsilə təkcə erkən aşkarlanması deyil, həm də xərçəngə çevrilməzdən əvvəl poliplərin aşkar edilərək çıxarılması ilə qarşısını almaq mümkündür. Buna görə də ictimai maarifləndirmənin gücləndirilməsi, risk qruplarının vaxtında müayinələrə cəlb edilməsi və erkən diaqnostika proqramlarının genişləndirilməsi xəstəlikdən ölüm hallarının əhəmiyyətli dərəcədə azalmasına töhfə verə bilər".

"Erkən diaqnoz həyat xilas edir"

Həkim əlavə edir ki, ən güclü müdafiə vasitəsi erkən diaqnozdur: "Klassik prinsip dəyişmir: erkən diaqnoz həyat xilas edir və bir çox hallarda xəstəliyin tam müalicəsinə imkan yaradır. Simptomları görməzdən gəlmək olmaz, çünki gecikdirilən hər ay müalicə şansına mənfi təsir göstərə bilər".

Paylaş

Xəbər lenti

Pezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb Bu gün, 16:48 Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? Bu gün, 16:48 Kirayənişin 2 il qaldığı evi BU HALA SALDI Bu gün, 16:48 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var Bu gün, 16:48 Azərbaycan Basketbol Liqası: Təxirə salınmış matçda "Sabah" qələbə qazanıb Bu gün, 16:48 Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib Bu gün, 16:48 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı Bu gün, 16:48 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib Bu gün, 15:48 To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur Bu gün, 15:48 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" Bu gün, 15:48 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır Bu gün, 15:48 Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq Bu gün, 15:48 Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq Bu gün, 15:48 Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq Bu gün, 15:48 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat etdi Bu gün, 15:48 "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçiribv Bu gün, 15:48 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü Bu gün, 15:48 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar Bu gün, 15:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb Bu gün, 15:48 Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 14:48 Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır Bu gün, 14:48 Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib Bu gün, 14:48 Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək Bu gün, 14:48 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı Bu gün, 14:48 Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub Bu gün, 14:48 Bu gün Tahir Abdullayevin döyüşü var Bu gün, 14:48 Vəkil Orxan Kəngərliyə qarşı əməliyyatın təfərrüatı və görüntüləri açıqlandı Bu gün, 13:48 Sabah 18° isti olacaq - Proqnoz Bu gün, 13:48 PAŞA Holding COP-da niyə iştirak edir? Bu gün, 13:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi Bu gün, 13:48 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu Bu gün, 13:48 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı Bu gün, 13:48 İmaməddin Xəlilov: "Xəsarətim ciddi olmasaydı, yenidən qızıl medal qazanacaqdım" Bu gün, 13:48 Vyetnam Prezidenti: "Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" Bu gün, 12:48 Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır" Bu gün, 12:48 Qırğızıstanın səhiyyə naziri həmkarını əməliyyat edib Bu gün, 12:48 Gəncədə tanınmış riyaziyyatçı alim vəfat edib Bu gün, 12:48 Azərbaycan millisinin futbolçusu İtaliya klubu ilə müqaviləsini uzatdı Bu gün, 12:48 Maşın almaq arzusu ilə kredit götürdü, pulu oğurlandı Bu gün, 12:48 İrandan qanunsuz gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb - DİN-dən böyük ƏMƏLİYYAT Bu gün, 12:48 Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib Bu gün, 11:48 Beyin qocalmasının qarşısını almağın sadə yolu açıqlandı Bu gün, 11:48 Rusiyada hovuzda xlor sızması: 15 nəfər zəhərləndi Bu gün, 11:48 Hövsanda maşın şirniyyat mağazasına çırpılıb Bu gün, 11:48 Osimhen "Mançester Yunayted"ə gedir? - İngilislərdən transfer iddiası Bu gün, 11:48 Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər Bu gün, 11:48 Bakıda 74 yaşlı kişi futbol oynayarkən stadionda ölüb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR