23-08-2026, 16:48 49

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya amili:

"Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafı mühüm prioritetlərdən biri kimi müəyyənləşib. Bu istiqamətdə Özbəkistanla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanı həm dövlətlərarası maraqlar, həm də əsrlərin sınağından çıxmış tarixi, mədəni və mənəvi bağlar birləşdirir".

AVESTA.AZ xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya amili:

O bildirib ki, bu gün Azərbaycan-Özbəkistan münasibətləri özünün ən yüksək inkişaf mərhələsini yaşayır:

"İki qardaş ölkə arasındakı münasibətlər son illərdə həm intensivləşib, həm də zənginləşərək çoxşaxəli strateji əməkdaşlıq modelinə çevrilib. Cənab Prezidentin Özbəkistana bu gün baş tutan sayca üçüncü dövlət səfəri də bunu təsdiqləyir. Səfər Prezident Şavkat Mirziyoyevin dəvəti ilə keçirilir və Daşkənddə liderlərin yüksək səviyyəli danışıqları, həmçinin Ali Dövlətlərarası Şuranın III iclası nəzərdə tutulub. Əminliklə söyləmək olar ki, bu səfər də ikitərəfli münasibətlərdə növbəti yeni mərhələnin başlanğıcı olacaq".

"Bu gün iki ölkə arasında siyasi münasibətlərin möhkəmlənməsi üçün etibarlı zəmin formalaşıb. Məhz bu möhkəm təməl üzərində qurulan münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan və Özbəkistan Prezidentləri arasında formalaşmış yüksək siyasi etimad, müntəzəm təmaslar və qarşılıqlı səfərlər bu prosesin mühüm hərəkətverici qüvvəsidir. Qarşılıqlı səfərlər zamanı imzalanan mühüm sənədlər münasibətlərin hüquqi bazasını genişləndirib və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələlər olub. Bu səfərlər çərçivəsində əldə olunan razılaşmalar siyasi tərəfdaşlığın praktiki məzmunla zənginləşdirilməsinə imkan verib.

"Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" isə iki ölkənin münasibətlərində yeni keyfiyyət mərhələsinin göstəricisidir. Ali Dövlətlərarası Şuranın yaradılması da siyasi dialoqun institusional əsaslarını möhkəmləndirib və uzunmüddətli əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi üçün mühüm mexanizm formalaşdırıb.

Beləliklə, Bakı ilə Daşkənd regional və beynəlxalq proseslər üzrə mövqelərini yaxınlaşdırır, qarşılıqlı dəstək nümayiş etdirir", - parlamentari vurğulayıb.

Millət vəkilinin sözlərinə görə siyasi müttəfiqlik iqtisadi əlaqələrin genişlənməsi üçün də əlverişli imkanlar yaradıb:

"Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq ənənəvi ticarət münasibətlərindən daha geniş məzmun alaraq investisiya, sənaye kooperasiyası, enerji və nəqliyyat-logistika layihələrini əhatə edir. İki ölkənin iqtisadi potensialının bir-birini tamamlaması yeni birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Azərbaycan Xəzər üzərindən Qərb bazarlarına çıxış imkanlarına, Özbəkistan isə Mərkəzi Asiyanın böyük istehsal və ixrac potensialına malikdir. Bu üstünlüklərin birləşdirilməsi qarşılıqlı iqtisadi faydanı artırmaqla yanaşı, regional əməkdaşlığın da genişlənməsinə xidmət edir".

"Münasibətlərin bu mərhələsində əsas məqsədlərdən biri iqtisadi əlaqələri daha da şaxələndirmək, birgə istehsal və investisiya layihələrinin sayını artırmaqdır. Energetika Azərbaycan - Özbəkistan əməkdaşlığının perspektivli istiqamətlərindən biri olaraq qalır. Bununla belə, enerji gündəliyində ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, bərpaolunan enerji layihələri də getdikcə daha mühüm yer tutur.

Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması baxımından mühüm perspektivlər açır. Bu istiqamətdə formalaşan əməkdaşlıq modeli Azərbaycanı həm enerji istehsalçısı və ixracatçısı, həm də regionlararası yaşıl enerji bağlantılarının mühüm halqası kimi önə çıxarır. Yaşıl enerji sahəsində tərəfdaşlıq eyni zamanda Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunun yeni mərhələyə keçdiyini göstərir. Ənənəvi enerji resurslarının ixracı ilə yanaşı, gələcəyin enerji sistemlərinin formalaşdırılmasında iştirak etmək ölkəmizin geoiqtisadi mövqeyini daha da gücləndirir.

Azərbaycan-Özbəkistan münasibətlərinin regional əhəmiyyətini müəyyən edən əsas istiqamətlərdən biri də nəqliyyat və logistika sahəsidir" - MM üzvü diqqətə çatdırıb.

O, əlavə edib ki, Azərbaycanın Xəzərin qərb sahilində yerləşməsi, Özbəkistanın isə Mərkəzi Asiyanın mərkəzində mühüm mövqeyə malik olması iki ölkəni Şərq-Qərb nəqliyyat bağlantısında təbii tərəfdaşlara çevirir:

"Orta Dəhlizin inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiyanın istehsal və ixrac potensialının Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxarılması həm Özbəkistanın, həm də Azərbaycanın regional tranzit imkanlarını genişləndirir. Azərbaycan və Özbəkistanın yaxınlaşması Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən inteqrasiya proseslərindən də ayrı qiymətləndirilə bilməz. Hər iki ölkə Türk dünyasının siyasi, iqtisadi və humanitar əməkdaşlığının dərinləşdirilməsində fəal mövqe tutur. Nəqliyyat dəhlizlərinin inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, təhsil və mədəniyyət layihələrinin artırılması Türk dövlətləri arasında əlaqələrin daha sıx xarakter almasına imkan yaradır. Bu baxımdan Azərbaycan - Özbəkistan münasibətləri Türk dünyasının iki mühüm coğrafiyasını - Mərkəzi Asiya ilə Cənubi Qafqazı - bir-birinə yaxınlaşdıran mühüm faktor kimi çıxış edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması isə ölkəmizin regionla əlaqələrində yeni mərhələnin başlanğıcını qoyub. Bu addım Azərbaycanın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi bağlantı rolunu daha da gücləndirir. Bu baxımdan Xəzər dənizi iki regionu birləşdirən mühüm nəqliyyat və iqtisadi körpü funksiyasını yerinə yetirir. Azərbaycanın infrastrukturu ilə Mərkəzi Asiyanın istehsal və ixrac imkanlarının birləşdirilməsi yeni ticarət marşrutlarının, enerji bağlantılarının və investisiya imkanlarının yaranmasına şərait yaradır".

"Bakı-Daşkənd münasibətlərinin gələcək inkişaf perspektivləri olduqca genişdir. Siyasi müttəfiqliyin möhkəmləndirilməsi iqtisadi əməkdaşlığın genişlənməsinə, iqtisadi əlaqələrin inkişafı isə nəqliyyat, logistika və enerji layihələrinin artmasına zəmin yaradır. Humanitar və mədəni əməkdaşlıq isə bütün bu proseslərin mənəvi əsasını möhkəmləndirir. Azərbaycan və Özbəkistanın qarşılıqlı tamamlanan geostrateji mövqeyi bu tərəfdaşlığın regional əhəmiyyətini daha da artırır. Bakı Xəzər və Cənubi Qafqaz istiqamətində, Daşkənd isə Mərkəzi Asiyanın mərkəzində mühüm bağlantı nöqtələridir. Bu iki mərkəzin imkanlarının birləşməsi Şərqlə Qərb, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq imkanları yaradır", - MM üzvü fikrini tamamlayıb.

Paylaş

Xəbər lenti

"Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Dünən, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar açıqlanıb Dünən, 23:48 Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Dünən, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Dünən, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Dünən, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Dünən, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Dünən, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Dünən, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Dünən, 21:48 Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb Dünən, 21:48 Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Dünən, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Dünən, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Dünən, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Dünən, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Dünən, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Dünən, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Dünən, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Dünən, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Dünən, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Dünən, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Dünən, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Dünən, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Dünən, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Dünən, 17:48 Sumqayıtda beş avtomobil toqquşub Dünən, 17:48 Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb Dünən, 17:48 Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub Dünən, 17:48 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb Dünən, 16:48 Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər? Dünən, 16:48 Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub Dünən, 16:48 Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir" Dünən, 15:48 Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub Dünən, 15:48 Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı Dünən, 15:48 Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı Dünən, 14:48 Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq Dünən, 14:48 "Qalatasaray"ın derbi motivasiyası: Qələbəyə görə 1,5 milyon avro MÜKAFAT Dünən, 14:48 Günel Zeynalova: "Anamla atam ailə qurmağımı istəyir" Dünən, 13:49 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Dünən, 13:48 "Sabah" "Qarabağ"ı qəbul edəcək Dünən, 13:48 İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı Dünən, 13:48 Xəzər dənizi geri çəkilir: Dağıstanın quru ərazisi 3 min kvadratkilometr artıb Dünən, 13:48 Güləşçilərimiz dünya çempionatında 1/4 finala yüksəliblər Dünən, 12:48 Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Dünən, 12:48 Azərbaycanda universitet müəllimi VƏFAT ETDİ Dünən, 12:48 Reper Navai saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı Dünən, 12:48 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib Dünən, 11:48 Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR