25-08-2026, 23:48 162

Sabah 9 rayonun bəzi ərazilərində işıq kəsiləcək

Sabah Lerik, Masallı, Quba, Göyçay, Ağdaş, Tərtər, Ucar, Goranboy və Bərdə rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bu barədə AVESTA.AZ-ə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 26-da bəzi rayonlarda bir sıra 10 və 35 kV-luq hava elektrik verilişi xətlərində təmir və xətlərə toxunan ağacların budanması işləri həyata keçiriləcək.

Lerik Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 10:30-dan 13:00-dək Babagil, Bibiyani, Brkandul, Günəşli, Hamarmeşə, Noda, Soru, Vistən, Vizəzəmin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Masallının Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərininin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq. Həmçinin saat 14:00-dan 17:00-dək planlı fasilə Dəlləkli, Əminli, Hacıtəpə, Həsənli, Köcəkli, Kürdəbazlı, Qarğalıq, Qədirli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərini də əhatə edəcək.

Quba EŞ-yə daxil olan Amsar kəndi, həmçinin şəhər ərazisində yerləşən 30, 32 və 33-cü məhəllələr, Dəvədabanı yaşayış massivi, Səmədağa Ağamalıoğlu, Mirzəbaba Tahirov, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov küçələri, 12-ci kvartal, Meydan ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Göyçayda şəhər ərazisində Məhəmməd Əmin Rəsulzadə, Rəsul Rza, Atatürk, Məhəmməd Füzuli küçələrinin bəzi yerlərində saat 12:00-dan 14:00-dək enerjinin verilişində məhdudiyyət olacaq.

Ağdaş EŞ-nin xidməti ərazisində saat 10:00-dan 14:00-dək Binələr, Davudlu, Malay və Pirəyir kəndlərində məhdudiyyət yaranacaq. Tərtərin Borsunlu kəndində saat 10:00-dan 14:00-dək planlı fasilə olacaq.

Ucar EŞ-yə daxil olan Bağban, Boyat, Qəzyan və Yuxarı Şilyan kəndlərində saat 11:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Hava xəttinə toxunan yaşıllığın budanması işləri ilə əlaqədar planlı fasilə saat 09:30-dan 15:30-dək Goranboyun Kürəkçay qəsəbəsi, Həmənli, Qarapirimli, Qırıqlı kəndlərini də əhatə edəcək.

Həmçinin Bərdə EŞ ərazisində yerləşən Məmmədli və Nazırlı kəndlərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Paylaş

Xəbər lenti

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib Bu gün, 15:48 To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur Bu gün, 15:48 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" Bu gün, 15:48 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır Bu gün, 15:48 Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq Bu gün, 15:48 Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq Bu gün, 15:48 Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq Bu gün, 15:48 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat etdi Bu gün, 15:48 "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçiribv Bu gün, 15:48 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü Bu gün, 15:48 Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar Bu gün, 15:48 Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb Bu gün, 15:48 Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 14:48 Ağız boşluğundakı törəmələr hansı xəstəliklərin əlaməti ola bilər? - Cərrah açıqlayır Bu gün, 14:48 Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib Bu gün, 14:48 Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək Bu gün, 14:48 Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı Bu gün, 14:48 Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub Bu gün, 14:48 Bu gün Tahir Abdullayevin döyüşü var Bu gün, 14:48 Vəkil Orxan Kəngərliyə qarşı əməliyyatın təfərrüatı və görüntüləri açıqlandı Bu gün, 13:48 Sabah 18° isti olacaq - Proqnoz Bu gün, 13:48 PAŞA Holding COP-da niyə iştirak edir? Bu gün, 13:48 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi Bu gün, 13:48 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu Bu gün, 13:48 Şəmkirdə iki azyaşlı uşaq anasının abort zamanı ölməsinin təfərrüatı Bu gün, 13:48 İmaməddin Xəlilov: "Xəsarətim ciddi olmasaydı, yenidən qızıl medal qazanacaqdım" Bu gün, 13:48 Vyetnam Prezidenti: "Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" Bu gün, 12:48 Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır" Bu gün, 12:48 Qırğızıstanın səhiyyə naziri həmkarını əməliyyat edib Bu gün, 12:48 Gəncədə tanınmış riyaziyyatçı alim vəfat edib Bu gün, 12:48 Azərbaycan millisinin futbolçusu İtaliya klubu ilə müqaviləsini uzatdı Bu gün, 12:48 Maşın almaq arzusu ilə kredit götürdü, pulu oğurlandı Bu gün, 12:48 İrandan qanunsuz gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb - DİN-dən böyük ƏMƏLİYYAT Bu gün, 12:48 Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib Bu gün, 11:48 Beyin qocalmasının qarşısını almağın sadə yolu açıqlandı Bu gün, 11:48 Rusiyada hovuzda xlor sızması: 15 nəfər zəhərləndi Bu gün, 11:48 Hövsanda maşın şirniyyat mağazasına çırpılıb Bu gün, 11:48 Osimhen "Mançester Yunayted"ə gedir? - İngilislərdən transfer iddiası Bu gün, 11:48 Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər Bu gün, 11:48 Bakıda 74 yaşlı kişi futbol oynayarkən stadionda ölüb Bu gün, 11:48 Polis yola çıxan sürücülərə müraciət edib Bu gün, 11:48 Braziliyada güclü qasırğa: 3 nəfər ölüb, 60-dan çox insan yaralanıb Bu gün, 11:48 İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub Bu gün, 11:48 Uşağına aliment ödəməyən qadın cəzalandırıldı Bu gün, 11:48 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub Bu gün, 09:48 Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib Bu gün, 09:48 İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub Bu gün, 09:48 Türkiyədə 24 vilayət üçün hava xəbərdarlığı edilib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR