
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri hər iki ölkənin ictimai həyatında geniş şəkildə öz əksini tapır və dostluq əlaqələrinin möhkəmlənməsinə Türkiyə mediası da böyük töhfə verir.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, "Haber Global" (Türkiyə) telekanalının aparıcısı Sayan Fatima Dilara deyib.
"Biz qardaşıq. Atdığımız hər bir addım hər iki ölkədə böyük əks-səda doğurur", - teleaparıcı qeyd edib.
O vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir, media sahəsində isə sıx qarşılıqlı əlaqə qurulub.
"Xüsusilə son vaxtlar qarşılıqlı əlaqə güclənib. Möhkəm kommunikasiya kanalının yaradılması böyük əhəmiyyət kəsb edir", - Dilara bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.