
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, günün ikinci matçında Niderland İspaniyanı məğlub edib.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma 3:0 (25:13, 25:11, 25:16) hesabı ilə yekunlaşıb. "Narıncılar" daha əvvəl Portuqaliya (3:0) və Rumıniyaya (3:2) qalib gəlib.
Günün ilk matçında Belçika Rumıniyanı məğlub edib - 3:0.
Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.