Dünən, 14:48 60

Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir?

Bir neçə il əvvəl cəmiyyətdə nadir rast gəlinən diaqnoz kimi qəbul edilən autizm bu gün getdikcə daha çox ailənin qarşılaşdığı reallığa çevrilib. Hər il daha çox uşağa autizm spektr pozuntusu diaqnozu qoyulması istər valideynlər, istərsə də mütəxəssislər arasında ciddi müzakirə mövzusuna çevrilib.

Bəs bunun səbəbi nədir? Autizm həqiqətənmi artır, yoxsa müasir diaqnostika əvvəllər diqqətdən kənarda qalan halları üzə çıxarır?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir?

1 624-dən 3 533-ə

Rəsmi statistika göstərir ki, Azərbaycanda son illərdə autizm spektr pozuntusu diaqnozu qoyulan uşaqların sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə görə, 2025-ci ildə uşaq autizmi diaqnozu ilə qeydiyyatda olanların sayı 3 533 nəfər olub. Onlardan 2 765-i oğlan, 768-i isə qızdır. Yaş bölgüsünə əsasən, autizm diaqnozu qoyulan uşaqların 2 726 nəfəri 0-13 yaş, 749 nəfəri 14-17 yaş, 58 nəfəri isə 18 yaş və yuxarı qrupuna daxildir. Bundan əlavə, 123 nəfər atipik autizm diaqnozu ilə qeydiyyata alınıb ki, onların da 104-ü oğlan, 19-u qızdır. Rəqəmlər göstərir ki, son beş ildə artım daha da nəzərə çarpır. Belə ki, 2021-ci ildə 1 624 uşaq autizm diaqnozu ilə qeydiyyatda olduğu halda, 2025-ci ildə bu göstərici 3 533-ə yüksəlib. Yəni cəmi beş il ərzində diaqnoz qoyulan uşaqların sayı iki dəfədən çox artıb. Eyni dövrdə atipik autizm diaqnozu ilə qeydiyyatda olanların sayı da 55 nəfərdən 123 nəfərə çatıb. Statistikaya əsasən, 2021-2025-ci illər ərzində ölkədə ümumilikdə 13 min 676 nəfərə autizm spektr pozuntusu diaqnozu qoyulub. Oğlan uşaqları arasında diaqnoz qoyulanların sayı 1 284 nəfərdən 2 765 nəfərə, qızlar arasında isə 340 nəfərdən 768 nəfərə yüksəlib. Bütün yaş qruplarında da artım qeydə alınıb.

Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir?

"100 faiz sübut olunmuş konkret bir səbəb yoxdur"

Neonatoloq-pediatr Aida Əliyevanın sözlərinə görə, autizm hər hansı bir psixi və ya ruhi xəstəlik deyil. Bu, sadəcə xüsusi bir beyin inkişafı formasıdır: "Yəni uşaq dünyanı və hadisələri digərlərindən fərqli qəbul edir, fərqli düşünür. Buna "autizm spektr pozuntusu" demək daha düzgündür. Yaranma səbəblərinə gəldikdə, 100 faiz sübut olunmuş konkret bir səbəb yoxdur. Əgər belə bir səbəb məlum olsaydı, yəqin ki, çarəsi də tapılardı. Sadəcə mütəxəssislərin ehtimal etdiyi bəzi amillər var. Məsələn, halların təxminən 60 faizində genetik faktorların rol oynadığı düşünülür. Valideynlərin, xüsusən atanın yaşlı olması, ananın hamiləlik dövründə müxtəlif infeksiyalar keçirməsi, uşağın vaxtından tez və ya az çəki ilə doğulması, eləcə də reanimasiyada qalması risk faktorları hesab olunur. Lakin bu, həmin halların mütləq autizmlə nəticələnəcəyi anlamına gəlmir. Cəmiyyətdə autizmin yaranması ilə bağlı bir sıra yanlış təsəvvürlər də mövcuddur. Mobil telefonlardan istifadə, peyvəndlər, süni qidalar, ana südünün olmaması və ya uşağın düzgün tərbiyə edilməməsinin autizm yaratdığına dair fikirlərin heç biri elmi əsaslara söykənmir".

Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir?

"Autizm əvvəllər də olub, lakin bilməmişik"

A.Əliyevanın fikrincə, dünyada, eləcə də Azərbaycanda autizm diaqnozu əvvəlki illərlə müqayisədə daha çox qoyulur. Lakin bu, autizmli uşaqların sayının mütləq artması demək deyil. Əsas səbəb diaqnostikanın xeyli inkişaf etməsidir: "Əvvəllər belə uşaqlara diaqnoz qoyulmur, onlar sadəcə "qeyri-adi", "əsəbi" və ya "xasiyyəti atasına oxşayıb" kimi qiymətləndirilirdi. Autizm öncədən laborator analiz və ya genetik testlə müəyyən edilmir. Diaqnoz yalnız uşağın davranışları, neyropsixoloji və psixi inkişaf dinamikası xüsusi testlər və müşahidələr əsasında qiymətləndirildikdən sonra qoyulur. Bu, mürəkkəb proses olduğu üçün diaqnozu yalnız peşəkar mütəxəssis qoya bilərlər".

Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir?

"Uşaqlarda 1-3 yaş dövrü çox vacibdir"

Həkim hesab edir ki, valideynlər uşağın inkişafında ləngimə və ya fərqlilik hiss etdikdə sosial şəbəkələrdəki əsassız məlumatlara inanaraq özbaşına nəticə çıxarmamalıdırlar. Uşaq heç bir problemi olmasa belə, 1 yaşa qədər hər ay, daha sonra isə mütəmadi pediatr müayinəsindən keçməlidir: "Xüsusilə 1-3 yaş dövrü çox vacibdir. Pediatr autizm əlamətlərindən şübhələndikdə uşağı psixonevroloq və ya psixiatra yönləndirir və yekun diaqnoz həmin mütəxəssislər tərəfindən qoyulur".

"Şübhə yarandıqda gözləmək düzgün deyil"

Psixoloq Həmidə Məmmədova isə bildirdi ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin 2025-ci il məlumatına görə, hazırda təxminən hər 31 uşaqdan birində autizm spektr pozuntusu aşkarlanır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən isə dünya üzrə orta hesabla hər 100 uşaqdan birində autizm müşahidə olunur. Azərbaycanda dəqiq milli statistika olmasa da, praktik fəaliyyətimizdə autizm diaqnozu alan uşaqların sayının artdığını görürük".

Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir?

H.Məmmədovanın sözlərinə görə, autizmin ilkin əlamətləri arasında göz kontaktının zəif olması və ya ümumiyyətlə olmaması, uşağın öz adına reaksiya verməməsi, nitqin gecikməsi, ünsiyyət qurmaqda çətinlik və təkrarlanan davranışlar diqqəti cəlb edir. Çox vaxt valideynlər əvvəlcə uşağın eşitməsində problem olduğunu düşünərək qulaq müayinəsi etdirirlər. Eşitmə normal olduğu halda əsas səbəbin autizm olduğu müəyyən edilə bilər. Autizmli şəxslərin fərqli xüsusiyyətlərindən biri də başqalarının diqqət yetirmədiyi xırda detalları görə bilmələri və müəyyən sahələrdə yüksək bacarıqlar nümayiş etdirmələridir. Autizmin bəzi əlamətləri 1-1.5 yaşdan hiss oluna bilər, rəsmi diaqnoz isə əksər hallarda 2-3 yaş arasında qoyulur. Şübhə yarandıqda gözləmək düzgün deyil. Uşaq mütləq uşaq psixiatrı və psixoloqu tərəfindən qiymətləndirilməli, ehtiyac olduqda erkən reabilitasiyaya başlanmalıdır. Müdaxilə nə qədər tez başlasa, uşağın sosial, nitq və gündəlik həyat bacarıqlarının inkişafı bir o qədər yaxşı olur".

"Son illərdə maarifləndirmənin artması böyük rol oynayır"

Psixoloqun fikrincə, autizmli uşaqların sayının artmasının dəqiq səbəbi məlum deyil: "Bir tərəfdən diaqnostikanın inkişafı və valideynlərin məlumatlılığının artması əvvəllər aşkarlanmayan halların üzə çıxmasına səbəb olur. Digər tərəfdən isə autizm hallarının həqiqətən artdığı ehtimalı da araşdırılır. Genetik meyillilik əsas risk amillərindən biri hesab olunsa da, hamiləlik dövründə baş verən bəzi infeksiyalar, doğuş zamanı və sonrasında yaranan ağır beyin zədələri də mümkün risk faktorları kimi qiymətləndirilir. Ətraf mühit faktorları araşdırılsa da, onların əsas səbəb olduğu elmi şəkildə sübut edilməyib. Əvvəllər bir çox ailələr cəmiyyətdə mövcud stereotiplər səbəbindən psixoloq və ya psixiatra müraciət etməkdən çəkinirdi. Son illərdə isə maarifləndirmənin artması nəticəsində valideynlər uşaqlarının inkişafındakı fərqləri daha erkən hiss edir və vaxtında mütəxəssis dəstəyi almağa çalışırlar".

Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir?

"Uşaqlar 18 və 24 aylıq yaşlarında skrininqdən keçirilməlidirlər"

TM Disleksiya Mərkəzinin direktoru, pedaqoq Təranə Möhsünova da son illər autizm diaqnozu alan uşaqların sayında nəzərəçarpacaq artım müşahidə olunduğunu bildirir: "Əksər mütəxəssislər hesab edirlər ki, diaqnozların artmasının əsas hissəsi diaqnostik meyarların təkmilləşməsi, erkən skrininqin genişlənməsi və valideynlərin maariflənməsi ilə bağlıdır".

T.Möhsünova bildirdi ki, autizmin ilk əlamətləri adətən 12-18 aylıq dövrdə görünməyə başlayır: "Amerika Pediatriya Akademiyası bütün uşaqların 18 və 24 aylıq yaşlarında autizm baxımından skrininqdən keçirilməsini tövsiyə edir. Əgər uşaq adına çağırıldıqda reaksiya vermirsə, göz təması məhduddursa, nitqi yaşıdlarından geri qalırsa, işarə etmirsə, digər uşaqlarla ünsiyyətə maraq göstərmirsə, eyni hərəkətləri təkrarlayırsa və ya səsə, işığa, toxunuşa qarşı həddindən artıq həssasdırsa, bunlar diqqət tələb edən əlamətlərdir. Lakin tək bir əlamət autizm demək deyil və qiymətləndirmə mütəxəssis tərəfindən aparılmalıdır".

"Valideynlər "gözləyək, böyüyəndə düzələr" yanaşmasını seçməməlidirlər"

Pedaqoqun sözlərinə görə, beyin həyatın ilk illərində yüksək plastiklik xüsusiyyətinə malik olduğundan erkən yaşlarda başlanılan elmi əsaslı müdaxilə proqramları uşağın nitq, ünsiyyət, sosial bacarıq və gündəlik həyat fəaliyyətlərinin inkişafına ciddi müsbət təsir göstərir: "Ümumdünya Səhiyyə Təşkilatı da erkən psixososial müdaxilələrin autizmli uşaqların ünsiyyət və sosial bacarıqlarını yaxşılaşdırdığını, həmçinin onların və ailələrinin həyat keyfiyyətini artırdığını bildirir. Valideynlər narahat olduqları zaman "gözləyək, böyüyəndə düzələr" yanaşmasını seçməməlidirlər".

Paylaş

Xəbər lenti

Sentyabrda hansı bürclərin puldan yana üzü güləcək? – Astroloji proqnoz Bu gün, 00:48 "Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Dünən, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Dünən, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Dünən, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Dünən, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Dünən, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Dünən, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Dünən, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Dünən, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Dünən, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Dünən, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Dünən, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Dünən, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Dünən, 20:48 "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib Dünən, 20:48 Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ Dünən, 19:49 Cüdoçularımız Polşadakı turnirdə yeddi medal qazanıblar Dünən, 19:49 İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub Dünən, 19:48 Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub Dünən, 19:48 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Dünən, 19:48 Putin MKİ rəhbəri ilə görüşməyib Dünən, 18:48 Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub Dünən, 18:48 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb Dünən, 18:48 617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır" Dünən, 17:48 Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı Dünən, 17:48 Şimali Kiprdə sərnişin gəmisi batıb: 7 ölü, 237 nəfər xilas edilib Dünən, 17:48 Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurub Dünən, 17:48 "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Dünən, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Dünən, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Dünən, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Dünən, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Dünən, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Dünən, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Dünən, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Dünən, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Dünən, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Dünən, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Dünən, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Dünən, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Dünən, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Dünən, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Dünən, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Dünən, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Dünən, 12:48 Cəlilabadda ev yanıb Dünən, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Dünən, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Dünən, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR