
İngiltərənin "Çelsi" klubu Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini rəsmiləşdirib.
AVESTA.AZ xəbər verir ki, London təmsilçisi 33 yaşlı qolkiperlə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Martines 2020-ci ildən çıxış etdiyi "Aston Villa"nı tərk edib.
Təcrübəli qapıçı Birmingem klubunun heyətində 256 oyuna çıxıb, 305 qol buraxıb və 80 matçda qapısını toxunulmaz saxlayıb.
Martines Argentina yığmasının heyətində 2022-ci ildə dünya çempionu olub, həmçinin iki dəfə Amerika Kubokunu qazanıb. "Transfermarkt" onun hazırkı bazar dəyərini 10 milyon avro qiymətləndirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.