
Türkiyəli məşhur komediyaçı və aktyor Cem Yılmaz ötən gün xəstəxanaya yerləşdirilməsindən sonra səhhəti barədə açıqlama verib.
BAKU.WS xəbər verir ki, sənətçi sosial media hesabında fotosunu paylaşaraq vəziyyətinin yaxşı olduğunu bildirib.
Cem Yılmaz qeyd edib ki, "Gora" filminin çəkilişləri başa çatdıqdan sonra özünü yorğun hiss etməyə başlayıb. Onun sözlərinə görə, çəkilişlər zamanı yorğunluq hiss olunmasa da, iş başa çatdıqdan sonra bədənində ağrılar yaranıb.
Aktyor dünən sinə və kürək nahiyəsində güclü ağrılar hiss etdiyini və buna görə xəstəxanaya müraciət etdiyini bildirib. O, evə gedib dincəlməyi seçsəydi, vəziyyətinin daha ciddi ola biləcəyini vurğulayıb.
Cem Yılmaz onun səhhəti ilə maraqlanan, zəng edən və xəstəxanaya baş çəkən hər kəsə təşəkkür edib. O, Türkiyənin səhiyyə naziri tərəfindən də ona keçmiş olsun mesajı göndərildiyini qeyd edib.
Sənətçi həkimlərin ona stressdən uzaq durmağı tövsiyə etdiyini bildirib. Yılmaz paylaşımının sonunda onu düşünən hər kəsə təşəkkür edərək sağlamlıq arzulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.