
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris İdman Kompleksində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.
AVESTA.AZ-in məlumatına görə, Bunun üçün 486 min 160 manat vəsait ayrılıb.
Layihə çərçivəsində kompleksin sanitar qovşaqları və dam örtüyü yenilənəcək.
Təmir işlərinin həyata keçirilməsi nəticəsində ATU-nun Tədris İdman Kompleksinin sanitar şəraitinin və ümumi infrastrukturunun yaxşılaşdırılması, tələbə və əməkdaşlar üçün daha əlverişli və təhlükəsiz mühitin yaradılması gözlənilir. Layihə həmçinin binanın uzunmüddətli istifadəyə yararlılığının artırılmasına xidmət edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.