Bu gün, 16:48 65

Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Azərbaycanla Qırğızıstan arasında münasibətlər son illərdə özünün yüksək mərhələsinə qədəm qoyub. 2022-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə qalxan əlaqələr 2026-cı ilin iyulunda daha yüksək siyasi mərhələyə - müttəfiqlik münasibətlərinə keçib.

Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Ölkəmizin Qırğız Respublikasındakı səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlayıb, Qırğızıstanın Azərbaycandakı səfirliyi isə 24 oktyabr 2014-cü ildə təsis edilib. Beləliklə, uzun müddətdir ki, iki ölkə diplomatik müstəvidə münasibətlərini davam etdirir.

Lakin münasibətlərin indiki səviyyəsi əsasən son bir neçə ildə formalaşıb. 2022-ci ilin aprelində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb. Həmin səfərin nəticələrindən biri də iki ölkə arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum"un imzalanması oldu. Bununla da iki ölkə arasında münasibətlərin istiqaməti dəyişib. Çünki Memorandum iki ölkə arasında strateji əməkdaşlığı və siyasi dialoqun səviyyəsini daha da yüksəltmək üçün imzalanmış mühüm sənəddir. Əvvəllər əsasən dostluq və qardaşlıq ritorikası ilə xarakterizə olunan siyasi əlaqələr artıq müntəzəm dövlətlərarası mexanizmlərlə müşayiət olunmanın təməlini qoyub. 2022-ci ilin 11 oktyabrında Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində Dövlətlərarası Şuranın ilk iclası keçirildi və bununla da iki ölkə liderləri səviyyəsində qəbul olunan qərarların hökumətlər və digər dövlət qurumları arasında icrası üçün daha sistemli mexanizm yaradıldı.

Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə

2022-ci ilin oktyabrında Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açılıb. Eyni səfər çərçivəsində Nizami Gəncəvi adına 103 nömrəli məktəbin və Heydər Əliyev adına məktəb-gimnaziya kompleksinin açılış mərasimləri keçirilib. Humanitar əlaqələrin digər istiqaməti Azərbaycanın Qırğızıstanın böyük yazıçısı Çingiz Aytmatovun irsinə göstərdiyi diqqətdir. Bakı şəhərinin 133 nömrəli orta məktəbinə Çingiz Aytmatovun adına məktəbin və abidənin yaradılması, iki xalqın ədəbi-mədəni irsi arasında bağların gücləndirilməsinə xidmət edən addımlardır. 2024-cü ilin aprelində isə Sadır Japarovun Azərbaycana dövlət səfəri münasibətlərin növbəti mərhələsini nümayiş etdirdi.

Səfər zamanı Prezident İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. İlham Əliyev və Sadır Japarov "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı"nı və Birgə Bəyannaməni imzalayıblar.

Bu səfərin mühüm siyasi nəticələrindən biri münasibətlərin yalnız Bakı və Bişkek arasında deyil, Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə də əlaqələndirilməsi ilə yadda qalıb. Sadır Japarov Füzuli və Ağdamda olub, Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından 528 şagird yerlik tam orta məktəb inşa edilib. 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulan məktəb "Ayköl Manas" adını daşıyır. Bu faktın siyasi əhəmiyyəti ondan ibarətdir ki, Qırğızıstan Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi Böyük Qayıdış prosesinə yalnız diplomatik bəyanatlarla deyil, konkret infrastruktur layihəsi ilə də töhfə verib.

Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Münasibətlərin ən mühüm siyasi nəticəsi bu ilin iyulunda İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı əldə edildi. Çolpon-Ata şəhərində keçirilən görüşlər və Dövlətlərarası Şuranın üçüncü iclasının yekununda "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalandı. Bu sənəd münasibətlərin siyasi baxımdan əvvəlki "strateji tərəfdaşlıq" mərhələsindən daha yüksək səviyyəyə çatdırdı. 2022-ci ildə strateji tərəfdaşlıq, Dövlətlərarası Şura, 2024-cü ildə siyasi dialoqun və humanitar əməkdaşlığın genişlənməsi, 2026-cı ildə isə müttəfiqlik müqaviləsi münasibətlərin davamlı inkişafını nümayiş etdirir.

Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Siyasi münasibətlərin sürətlə inkişafı, iqtisadi əməkdaşlığa da öz müsbət təsirlərini göstərib. Bu baxımdan 2026-cı il iyulun 31-də Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəliblər. Prezident İlham Əliyev bildirib ki, bu, son hədd deyil, çünki fondun fəaliyyəti ilə bağlı aldığımız təqdimat onun konkret məzmunla zənginləşdirildiyini göstərir.

İki ölkə arasında birbaşa hava əlaqələrinin genişlənməsi də münasibətlərin praktiki tərəfinə təsir edən amillərdəndir. Bakı-Bişkek hava xəttinin inkişafı işgüzar səfərləri, turizmi və humanitar təmasları asanlaşdırır. AZAL hazırda Bakı-Bişkek-Bakı marşrutu üzrə həftədə dörd planlı uçuş, eləcə də Bakı-İsık-Kul-Bakı marşrutu üzrə həftədə bir qeyri-planlı uçuş həyata keçirir. Bu istiqamət xüsusilə əhəmiyyətlidir, çünki Azərbaycan üçün Qırğızıstan yalnız ikitərəfli münasibətlər baxımından deyil, Mərkəzi Asiyaya çıxış və regiondaxili bağlantılar baxımından da önəm daşıyır. Qırğızıstan üçün isə Azərbaycan Avropa istiqamətinə, Xəzər üzərindən nəqliyyat marşrutlarına və daha geniş regional iqtisadi əlaqələrə çıxış imkanları yaradır.

Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə

Beləliklə, Azərbaycan-Qırğızıstan münasibətlərində 2022-ci ildən başlayan sürətli yaxınlaşma 2026-cı ilin iyulunda keyfiyyətcə yeni mərhələyə çatıb. Strateji tərəfdaşlıq haqqında Bəyannamədən Dövlətlərarası Şuranın yaradılmasına, humanitar layihələrdən Qarabağın bərpasında Qırğızıstanın iştirakına və nəhayət, müttəfiqlik müqaviləsinə qədər uzanan xətt münasibətlərin ardıcıl şəkildə dərinləşdiyini göstərir. /Oxu.az

Paylaş

Xəbər lenti

İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib Bu gün, 20:48 İvanka Tramp Kosta-Rikada sörf edib Bu gün, 20:48 Pezeşkian: "İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır" Bu gün, 20:48 Azərbaycanda avtomobillərin qiyməti 3-5 faiz BAHALAŞACAQ Bu gün, 20:48 Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub Bu gün, 20:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər Bu gün, 20:48 Əhaliyə XƏBƏRDARLIQ - Sabaha qədər... Bu gün, 20:48 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var Bu gün, 20:48 Bakı və Abşeron yarımadasında dolu yağacaq Bu gün, 20:48 Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək Bu gün, 19:48 İlham Əliyev: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır Bu gün, 19:48 Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar Bu gün, 19:48 Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidindən görüntülər paylaşdı Bu gün, 19:48 Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib Bu gün, 19:48 Messi Argentina millisində karyerasını başa vurdu Bu gün, 19:48 "8-ci km bazarı"ında qiymətlər necədir? Bu gün, 19:48 İlham Əliyevin sosial media hesablarında Məsud Pezeşkianla görüşünə dair paylaşım edilib Bu gün, 18:48 Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib Bu gün, 18:48 Antisanitar şəraitdə kvas istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 18:48 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır Bu gün, 18:48 İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edir Bu gün, 18:48 Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub Bu gün, 18:48 Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentləri Bişkekdə bir araya gəliblər Bu gün, 18:48 Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu Bu gün, 18:48 Ruzbeh Məmməd vəzifəsindən ayrıldı Bu gün, 17:48 AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub Bu gün, 17:48 Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 17:48 DİQQƏT - Hövsanda su kəsiləcək Bu gün, 17:48 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib Bu gün, 17:48 Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq Bu gün, 17:48 Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? Bu gün, 16:48 Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb Bu gün, 16:48 Taliban ABŞ-yə müraciət etdi: Əfqanıstanın mədən ehtiyatlarını təklif etdi Bu gün, 16:48 Dərinləşən Azərbaycan-Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlıqdan müttəfiqliyə Bu gün, 16:48 Qəzada ölən sürücü vəzifəli şəxs imiş Bu gün, 16:48 Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib Bu gün, 16:48 Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi Bu gün, 16:48 "Türk Şengeni" yaranır: Pasportsuz türk dünyası Bu gün, 16:48 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb Bu gün, 15:49 ATU-nun idman kompleksi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 15:49 Aİ iki ölkəyə Ukraynaya yardımla bağlı təzyiq göstərəcək Bu gün, 15:49 Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır Bu gün, 15:49 Bakıda dəyişkən iş qrafiki nə vaxtdan tətbiq olunacaq? - VACİB AÇIQLAMA Bu gün, 15:49 İt dişləməsi nəticəsində burnunu itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub Bu gün, 15:49 Keçmiş həyat yoldaşından danışan aktrisa: "Boşanarkən məni maşınla vurdu" Bu gün, 15:49 Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib Bu gün, 15:48 Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub Bu gün, 15:48 İran ordusu BƏƏ-dəki ABŞ hərbi bazasına PUA-larla hücum etdiyini açıqladı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR