
Bakı-Sumqayıt yolu son illər nəqliyyat sıxlığının ən çox müşahidə olunduğu əsas magistrallardan birinə çevrilib.
Baku TV-nin məlumatına görə, xüsusilə səhər və axşam saatlarında yolda uzunmüddətli tıxaclar yaranır. Mütəxəssislər və bəzi ekoloqlar bildirirlər ki, nəqliyyat sıxlığı yalnız hərəkətin intensivliyinə deyil, havanın keyfiyyətinə də təsir göstərir.
İddialara görə, avtomobillərin intensiv hərəkəti nəticəsində atmosferə atılan zərərli tullantılar Bakı-Sumqayıt yolunu hava çirkliliyi baxımından da diqqətçəkən ərazilərdən birinə çevirib.
Sürücülər də mövcud vəziyyətdən narazılıqlarını ifadə edirlər. "Yollardan bezmişik. Bu vəziyyətə baxan yoxdur. Problemin qarşısı alınmalıdır", - deyə sürücülərdən biri qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.