
"Qalatasaray"ın nigeriyalı ulduz hücumçusu Viktor Osimhen lüks avtomobili ilə gündəmə gəlib.
AVESTA.AZ xəbər verir ki, İstanbul küçələrində İtalyan avtomobil nəhəngi "Ferrari" markasına aid lüks maşını ilə görüntülənən Osimhen bütün diqqətləri üzərinə çəkib.
"Ferrari"nin aqressiv dizaynı və estetik görünüşü xeyli marağa səbəb olub.
Avtomobilin bazar dəyəri barədə rəsmi məlumat verilməsə də, ulduz futbolçunun lüks nəqliyyat vasitəsi qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, bir neçə ay əvvəl Türkiyə mətbuatında Viktor Osimhenin 300 milyon lirə dəyərində avtomobil kolleksiyası olması ilə bağlı xəbərlər dərc olunub.
Ulduz futbolçunun lüks avtomobillərinin bir neçəsinin fotosunu təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.