
Avstraliya qlobal fəlakət halında Yer kürəsinin ən təhlükəsiz yeri seçilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Bildirilib ki, Almaniyadakı Hagen Universitetindən Dr. Florian Ulrix Jahnin rəhbərlik etdiyi tədqiqatçılar qrupu fəlakətlərlə bağlı yüzlərlə elmi məqaləni təhlil ediblər.
Onlar asteroid toqquşmalarından və vulkan püskürmələrindən nüvə müharibəsi və bioloji təhlükələrə qədər müxtəlif ssenariləri nəzərdən keçiriblər.
Ekspertlər belə bir nəticəyə gəliblər ki, inkişaf etmiş sənaye və kənd təsərrüfatına malik, münaqişə zonalarından uzaqda yerləşən varlı, demokratik ada dövlətləri bu miqyaslı fəlakətdən sağ çıxmaq üçün ən yaxşı şansa malikdirlər.
Nəticələr "Global Challenges" jurnalında dərc olunub.
Fəlakətdən sağ çıxmaq şansı ən yüksək olan ölkələrin siyahısına Yeni Zelandiya, Yaponiya , İsveçrə və Argentina da daxildir.
Lakin, onların hamısının münaqişə zonalarından uzaqda yerləşən, çoxlu miqdarda qida istehsal edən, inkişaf etmiş sənayeyə malik və öz ehtiyatlarına malik Avstraliya ilə müqayisədə zəif cəhətləri var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.