
Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb ölüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Rayonun Tbilisi prospektində Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Həsən Faiq oğlu Xəlilov idarə etdiyi skuterdən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş H.Xəlilov orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.