
Azərbaycana səfər edən Türkiyə vətəndaşının paylaşdığı görüntülər sosial şəbəkələrdə maraq doğurub.
AVESTA.AZ xəbər verir ki, iddiaya görə, turist taksi sifariş etdikdən sonra sürücü özünü yorğun hiss etdiyini və avtomobili idarə edə bilməyəcəyini deyib.
Ardınca sükanı sərnişinə verən sürücü yan oturacaqda yuxuya gedib.
Görüntülərdə türk turistin taksini idarə etdiyi, sürücünün isə yanında yatdığı əks olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.