
Bu il birinci sinifə qədəm qoyan birincilər arasında Əməkdar artist Könül Kərimovanın nəvəsi Dəniz də var.
AVESTA.AZ xəbər verir ki, bu barədə Kərimova sosial şəbəkə hesabında bildirib.
O, 6 yaşlı nəvəsi Dənizin fotolarını instaqram hesabında paylaşaraq bilik gününü təbrik edib.
"Mənim balaca işığım, dünyama gəldiyin gün hələ də dünən kimidir. Bu gün isə sən əlinə ilk qələmini alıb böyük bir həyata addım atırsan. Bu ilk dərs günün mübarək olsun. Hər zaman özünə inan, çünki sən düşündüyündən də güclü və ağıllısan. Yolun açıq, bəxtin gözəl olsun".
Qeyd edək ki, Dəniz Könül Kərimovanın qızı Ləman Kərimovanın övladıdır. Sənətçinin Rəşad adlı bir övladı da var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.