
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" və KIA markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində "Mercedes"in sürücüsü, 1959-cu il təvəllüdlü Elbrus Xəlil oğlu Əliyev həyatını itirib.
Qəzada KIA-nın sərnişini, 2004-cü il təvəllüdlü Aysel Vüqar qızı Həsənli müxtəlif dərəcəli xəsarətlər alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.