
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, avtoqəza magistralın Göygöl rayonu ərazisindən keçən hissəsində baş verib.
"Chevrolet" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan 1994-cü il təvəllüdlü G.Quluzadə, 2005-ci il təvəllüdlü A.Rzaxanova və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.