
Bakıda supermarketdən alınan konservləşdirilmiş xiyar turşusunun içindən milçək çıxdığı iddia olunur.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, ötən gün (15 sentyabr) saat 17:36-da Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Neptun" supermarketdən xiyar turşusu alıb.
Vətəndaşın sözlərinə görə, sözügedən məhsul "TALA" brendi ilə satılan xiyar turşusudur.
İstehlakçının sözlərinə görə, məhsulu evdə açaraq istifadə etmək istəyərkən bankadakı xiyarları doğrayıb. Daha sonra xiyarın içindən milçək çıxıb.
Təqdim olunan videoda doğranmış xiyar turşuları arasında milçəyin olduğu müşahidə edilir.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Həmçinin məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.