
Sabunçu rayonu Maştağa qəsəbəsində yol nişanlanmasına qanunsuz müdaxilə edərək sürücülərin inzibati məsuliyyətə cəlb olunmasına şərait yaradan üç nəfər şəxs polis əməkdaşları tərifindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (BŞDYP) İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli AVESTA.AZ-in sorğusuna cavab olaraq məlmat verib.
Onlar barəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Qeyd edək ki, saxlanılan şəxslərin məqsədləri avtomobil təmiri sexinə gedən yolun məsafəsini qısaltmaq olub.
Banu Hüseynli
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.