
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılmasında əsas istiqamət Avropa ölkələridir.
BAKU.WS xəbər verir ki, bu barədə müəssisəyə təşkil olunan media-tur zamanı məlumat verilib.
Bildirilib ki, zavodun məhsulları bir sıra xarici ölkələrə ixrac edilir. Əsas tədarük istiqamətləri arasında Türkiyə, Estoniya və Çin yer alır. İlk növbədə Türkiyə bazarının tələbatının qarşılanmasına üstünlük verilir.
Qeyd olunub ki, "Azərkimya"nın məhsulları Mərkəzi Asiya ölkələrinə də göndərilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.