
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində 2026-cı ildə istehsal gücündən istifadə göstəricisinin 85%-dən çox olacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə müəssisəyə təşkil olunan media-tur zamanı məlumat verilib. Qeyd olunub ki, "Azərkimya" ötən il istehsal gücünün 86%-dən istifadə edib.
Müəssisədə ekoloji layihələr də həyata keçirilir. Əsas istiqamətlərdən biri istehsal zamanı ayrılan karbon qazının tutularaq təkrar xammal kimi, o cümlədən karbamid istehsalında istifadə edilməsidir.
Bundan başqa, "Azərkimya" ilə "SOCAR Polymer" arasında çəkilmiş 4 kilometrlik boru xətti ilə texnoloji proses zamanı yaranan qazların geri qəbul edilərək yenidən istehsalata yönəldilməsi təmin olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.