
Bu ilin I yarısında BƏƏ-dən Azərbaycana fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələri 23,262 milyon ABŞ dolları təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 % və yaxud 4,717 milyon ABŞ dolları çoxdur.
Yanvar-iyun aylarında ölkəyə daxil olan pul baratlarında BƏƏ-nin payı 3,1 % təşkil edib.
6 ayda Azərbaycandan isə BƏƏ-yə pul köçürmələri illik müqayisədə 24,4 % azalaraq 8,48 milyon ABŞ dollarına düşüb.
Hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələri 748,464 milyon ABŞ dolları (+40,2 %), Azərbaycandan xarici ölkələrə pul köçürmələri isə 207,878 milyon ABŞ dolları (-12,7 %) təşkil edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.