
Qubadlı şəhərinin bərpası zamanı ilkin yaşayış məhəlləsində 3.5 hektar ərazidə 21 çoxmənzilli bina inşa edilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa-tikinti və idarəetmə xidmətinin icraçı direktoru Növrəs Cəfərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda ərazidə tikinti işləri sürətlə aparılır:
"Yaşayış kompleksinin ərazisi 3,34 hektardır və 176 mənzil olmaqla 21 yaşayış binası inşa ediləcək. Binalardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Mənzillər əsasən 2 və 3 otaqlı olacaq. Mənzillərin sahəsi otaqların sayından asılı olaraq 60 kvadratmetrdən 95 kvadratmetrədək dəyişir. Ümumi olaraq yaşayış kompleksinin ərazisində oyun meydançaları, yaşıllıq ərazisi, yeraltı və yerüstü dayanacaqlarında inşası nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində 2 qeyri-yaşayış binası tikiləcək".
N.Cəfərov həmçinin bildirib ki, Qubadlı şəhərində ikinci yaşayış kompleksinin də layihələndirilmə işləri yekunlaşmaq üzrədir və yaxın vaxtlarda tikintisinə başlanılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.