Bu gün, 12:48 60

Pensiya və maaşlarla bağlı ŞAD XƏBƏR - 1,1 milyon vətəndaş...

"Maliyyə Nazirliyi 2027-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini açıqlayıb. İlkin proqnozlara əsasən, gələn il dövlət büdcəsindən 42,4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur".

AVESTA.AZ-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, bu göstərici 2026-cı il üzrə proqnozlaşdırılan xərclərlə müqayisədə 700 milyon manat çoxdur. Eyni zamanda, büdcə icrasının yekun nəticələri nəzərə alındıqda, növbəti ilin xərcləri ilə faktiki icra göstəriciləri arasında fərqin daha böyük olması gözlənilir:

"Struktur islahatlarının davam etdirilməsi və şəffaflığın artırılması istiqamətində tətbiq olunan yeni mexanizmlər dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin yüksəldilməsinə imkan verəcək. Bu proses ayrı-ayrı sektorlar üzrə maliyyələşmənin artırılmasına da şərait yaradacaq.

2027-ci ildə sosial sahə dövlət büdcəsinin əsas prioritet istiqamətlərindən biri olaraq qalacaq. Gələn ilin yanvar ayından əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur. Əmək pensiyalarının artımı qanunvericiliyə uyğun olaraq 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə əsasən müəyyən ediləcək. İndeksləşdirilmiş pensiyaların hesablanması və ödənilməsi yanvar ayından həyata keçiriləcək.

Pensiya artımının təxminən 1,1 milyon vətəndaşı əhatə edəcəyi bildirilir. Artım yaşa görə, əlilliyə görə, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərə şamil olunacaq. Bununla bağlı xərclər həm dövlət büdcəsində, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulub.

Bundan başqa, bu ilin fevralında qanunvericiliyə edilmiş və Prezident tərəfindən təsdiqlənmiş dəyişikliklərə əsasən, minimum əməkhaqqının ildə ən azı bir dəfə artırılması nəzərdə tutulur. Bu baxımdan, 2027-ci ilin fevral ayınadək minimum əməkhaqqının artırılması gözlənilir.

Ümumilikdə, gələn il sosial proqramların maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 17 milyard manatdan artıq vəsait ayrılması planlaşdırılır. 2027-ci ilin dövlət büdcəsində sosial öhdəliklərlə yanaşı, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, həmin ərazilərdə iqtisadi fəaliyyətin genişləndirilməsi, eləcə də təhsil, səhiyyə və iqtisadi inkişaf kimi prioritet istiqamətlərin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin artırılması nəzərdə tutulur.".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər Bu gün, 12:48 Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb Bu gün, 12:48 Pensiya və maaşlarla bağlı ŞAD XƏBƏR - 1,1 milyon vətəndaş... Bu gün, 12:48 Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib Bu gün, 12:48 Deputatdan nazirlərə: "Hünəriniz var, özünüz camaatın qarşısına çıxın" Bu gün, 12:48 Zümrüd Ağayeva: "2026/2027 mövsümündə Azərbaycan Qadınlar Super Liqasında yeniliklər olacaq" Bu gün, 12:48 Səyyad Aran: "İki aydır Emin Əmrullayevi tapa bilmirəm" Bu gün, 12:48 Qubadlıda birinci yaşayış kompleksinin inşasına başlanılıb Bu gün, 12:48 Zahid Oruc: Bir sıra qurumlarda islahatlar nəticə vermir, tibbi sığortada deputatların da keçə bilmədiyi baryerlər yaranıb Bu gün, 12:48 "Sabah" Premyer Liqada 250-ci oyununu keçirib Bu gün, 11:48 Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin öldürülərək su quyusuna atıldığı məlum olub Bu gün, 11:48 "Aşk-ı Memnu"nun aktyorları həmkarlarının yasına gəlmədi Bu gün, 11:48 Bakıda nəhəng monitor qadının üstünə aşdı Bu gün, 11:48 "Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb Bu gün, 11:48 Azərbaycan XİN Beliz və Maltanı milli günləri münasibətilə təbrik edib Bu gün, 11:48 Vasif Qasımov: "Oxuduğum kitabdan xatırladığım bir fikir odur ki, MBA sizin həyatınızı asanlaşdırmayacaq, lakin böyük ehtimalla sizi daha iti və fərqli edəcək" Bu gün, 11:48 AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq Bu gün, 11:48 Vüqar Bayramov: "Bir tərəfdən sülh deyirlər, digər tərəfdən..." Bu gün, 11:48 Bakıda məşhur doğum evi TƏMİR OLUNACAQ - 2 milyon ayrıldı Bu gün, 11:48 Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... Bu gün, 11:48 Tanınmış iş adamının nəvəsinin güllələdiyi qadının son durumu Bu gün, 11:48 21 sentyabr Beynəlxalq Sülh günüdür Bu gün, 10:48 FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb Bu gün, 10:48 Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin "AZEMBA" proqramının açılış mərasimi keçirilir Bu gün, 10:48 Sabirabadda bir ailə qəzaya düşdü Bu gün, 10:48 Lionel Messi karyerasında 930-cu qolunu vurub Bu gün, 10:48 Cəlal Qasımov: "PAŞA Holdinq"də liderliyin inkişafı uzun müddətdir ki, əsas prioritetlərimizdən biri olub" Bu gün, 10:48 Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izləyib Bu gün, 10:48 Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək Bu gün, 10:48 Yasamalda xeyriyyə adı altında dələduzluq edən 70 yaşlı qadın saxlanılıb Bu gün, 10:48 Biləsuvarda "Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti" mövzusunda regional konfrans keçiriləcək Bu gün, 10:48 Villiam Davila: "Təxminən 60 il əvvəl IE Madriddə nisbətən kiçik bir biznes məktəbi kimi fəaliyyətə başlayıb" Bu gün, 10:48 Təmir işləri tələbələrin və sürücülərin gündəlik həyatına necə təsir edir? Bu gün, 09:48 Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü Bu gün, 09:48 Bakıda iki rayonunda İŞIQ OLMAYACAQ Bu gün, 09:48 Mərhum xanəndənin övladı atası barədə nələr danışdı? Bu gün, 09:48 Sumqayıt-Pirşağı-Bakı qatarı GECİKİB - SƏBƏB açıqlandı Bu gün, 09:48 Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır Bu gün, 09:48 "Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb Bu gün, 09:48 Fermerlər niyə məhsullarını aşağı qiymətə satmağa məcbur qalırlar Bu gün, 09:48 86 yaşlı Xalq artisti: "Hər gün 1 saat yarım idman edirəm" Bu gün, 09:48 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi Bu gün, 09:48 Bakıda 10 otaqlı yaşayış evində YANĞIN Bu gün, 08:48 Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: "Gəlirlər, ölçüb-biçib gedirlər" Bu gün, 08:48 Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq? Bu gün, 08:48 Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - TƏFƏRRÜAT Bu gün, 08:48 Türk dünyası yeni geosiyasi gücə çevrilir? Bu gün, 08:48 Qan xərçəngindən əziyyət çəkən vətəndaşın təqaüdü dayandırılıb: Səbəb nədir? Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR