
Nərimanov rayonu ərazisində bir nəfərə məxsus mopeddən 490 manat dəyərində çanta və əşyalar oğurlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı İ. Seyidov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs kuryerin sifarişi təhvil vermək üçün mopeddən uzaqlaşdığını görərək talama əməlini törədib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.