Bu gün, 22:48 59

Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI

Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb.

BAKU.WS xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha az yaşayırlar.

Tədqiqatın nəticələri "Lancet Regional Health - Western Pacific" jurnalında dərc olunub.

Araşdırma zamanı müəyyən edilib ki, vaxtından əvvəl ölüm hallarının əsas səbəbləri birbaşa psixi pozuntular deyil, bu şəxslərdə daha çox rast gəlinən yanaşı fiziki xəstəliklərdir. Xüsusilə ürək-damar xəstəlikləri və digər xroniki xəstəliklər ön plana çıxır.

Alimlər bildiriblər ki, sözügedən xəstəliklər bir çox hallarda vaxtında müəyyən edilmir və ya gec diaqnoz qoyulur. Bu isə psixi pozuntuları olan insanların sağlamlıq vəziyyətinin ağırlaşmasına və ömür uzunluğunun azalmasına səbəb olan amillərdən biri kimi qiymətləndirilir.

14 il ərzində aparılan müşahidələr göstərib ki, bəzi qruplarda, xüsusilə əhval pozuntuları və asılılıqları olan şəxslərdə ömür uzunluğu fərqi müəyyən qədər azalıb. Lakin psixoz və şizofreniya diaqnozu olan insanlarda ölüm göstəricilərində ciddi dəyişiklik qeydə alınmayıb.

Tədqiqatçılar hesab edirlər ki, psixi pozuntuları olan insanların müalicəsində yalnız psixi sağlamlığa deyil, onların fiziki sağlamlığına da xüsusi diqqət yetirilməlidir. Bu yanaşmanın vaxtından əvvəl ölüm hallarının azaldılmasına və ümumi sağqalma göstəricilərinin yaxşılaşdırılmasına kömək edə biləcəyi vurğulanıb.

Daimi narahatlıq bəzən başqa formada özünü göstərir

Mövzu ilə bağlı psixiatr-narkoloq Mariya Kasperoviç isə həddindən artıq nəzarət və məsuliyyət hissinin hər zaman etibarlılıq və yüksək intizam göstəricisi olmadığını bildirib.

Onun sözlərinə görə, hər şeyi nəzarətdə saxlamağa çalışmaq bəzən gizli xroniki narahatlığın əlaməti ola bilər. Belə insanlar xarici şəraiti idarə etməyə çalışsalar da, əslində əsas məqsəd mümkün mənfi nəticələrlə bağlı daxili qorxunu azaltmaq olur.

Mütəxəssis qeyd edib ki, zaman keçdikcə hər şeyi dəfələrlə yoxlamaq vərdişi başqalarına iş tapşırmaqda çətinlik çəkməyə və real ehtiyac olmadığı halda belə tam istirahət edə bilməməyə gətirib çıxara bilər.

Belə davranış ətrafdakılar tərəfindən çox vaxt müsbət qarşılanır. İnsanlar həmin şəxsləri məsuliyyətli və ideal işçi kimi qiymətləndirə bilərlər. Lakin bunun arxasında davamlı psixoloji gərginlik və yuxusuzluq dayana bilər.

Kasperoviçin fikrincə, daimi nəzarət insana uzunmüddətli rahatlıq gətirmir. Əksinə, narahatlıq dövrünü yenidən başladaraq zamanla daha ciddi təşviş pozuntusunun formalaşmasına işarə edə bilər.

Paylaş

Xəbər lenti

İran aviaşirkətləri ilə bağlı gərgin açıqlama: ABŞ nə planlaşdırır? Bu gün, 23:48 "Formula-1"lə bağlı mühüm dəyişikliklər Bu gün, 23:48 Ekspert: "Vahid məktəbli forması şagirdləri bullinq və ayrı-seçkilikdən xilas edir" Bu gün, 23:48 Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb Bu gün, 23:48 Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi Bu gün, 22:48 Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI Bu gün, 22:48 Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü Bu gün, 22:48 "Racing Bulls" komandası "Formula 1"in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib Bu gün, 21:48 Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib Bu gün, 21:48 Aslan Kərimov: "Sabah"ın "Slaviya"nı rahat məğlub edəcəyini düşünmək olmaz Bu gün, 21:48 Hakan Fidan Nyu-Yorkda Bakı ilə İrəvan arasında sülh prosesindən söz açıb Bu gün, 21:48 Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib Bu gün, 21:48 Azərbaycan cüdoçuları Sarayevoda kata üzrə dünya çempionatında iştirak edəcəklər Bu gün, 20:48 Azərbaycanın dövlət büdcəsinin təsnifatı 2028-ci ildən yeni qaydada tətbiq olunacaq Bu gün, 20:48 Bakıda bu rayonda 52 qəzalı bina SÖKÜLƏCƏK Bu gün, 20:48 Çempionlar Liqası: "Sabah"ın Bakıdakı dörd ev oyununa vahid biletlər satışa çıxarılıb Bu gün, 20:48 Vahid forma şagirdlərin diqqətini geyimə yox, tədrisə yönəldəcək Bu gün, 20:48 Bakı-Ələt-Astara magistral yolunda yanğın olub Bu gün, 19:48 Sabalenka "San-Siro"da görüntüləndi - Geyimi ilə diqqət çəkdi Bu gün, 19:48 Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır Bu gün, 19:48 Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib Bu gün, 18:48 Ermənistan Qarabağdan könüllü çıxmaq niyyətində deyildi - RƏY Bu gün, 18:48 Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib Bu gün, 18:48 Bakıda hazırda bu yollarda sıxlıq var - Siyahı Bu gün, 18:48 Üç rayonda yeni məktəb tikiləcək - 15,4 milyonluq LAYİHƏ Bu gün, 18:48 Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? Bu gün, 18:48 Azərbaycanda banklar birləşəcək? - Açıqlama Bu gün, 17:48 Bank köçürmələri daha ciddi izlənəcək: sıravi vətəndaşlara təsiri nə olacaq? Bu gün, 17:48 Sabir Rzayev vəzifədən ayrıldı Bu gün, 17:48 Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 Bakıda marketdə qadını döyən şəxs həbs edilib Bu gün, 17:48 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 17:48 Cəlilabadda açıq ərazi yanır Bu gün, 17:48 Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək Bu gün, 16:48 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı Bu gün, 16:48 Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir Bu gün, 16:48 Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb Bu gün, 16:48 AZAL 8 ayda Mərkəzi Asiya ölkələrinə 400 000-ə yaxın sərnişin daşıyıb Bu gün, 16:48 Bu şəxslər üçün viza proseduru sadələşdirildi Bu gün, 16:48 Politoloq: ""Yeni ərazilər" yanaşması danışıqları dalana dirədi" Bu gün, 15:48 Baş Prokurorluq və UNODC terrorçuluğa qarşı birgə mübarizəni müzakirə edib Bu gün, 15:48 Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu Bu gün, 15:48 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb Bu gün, 15:48 Bakıda iki bağça fəaliyyətə başlayıb Bu gün, 15:48 Özbəkistan hərbçiləri Qarabağda Bu gün, 15:48 Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,4 milyon manat ayrıldı Bu gün, 15:48 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR