
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Chevrolet Malibu" markalı avtomobil yolu keçən piyadanı vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.