
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq.
Bu barədə BAKU.WS-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.
Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.
Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.
Xatırladaq ki, daha əvvəl Bakı Dövlət Universiteti 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində dərslərin məsafədən - onlayn formada təşkil olunacağını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.