Bu gün, 14:48 62

Abşeron rayonunun Fatmayı kəndində arvadını bıçaqlayan kişiyə hökm oxunub.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Zamiq İsgəndərovun (şərti ad - red.) barəsində açılmış cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

38 yaşlı kişi Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə təqsirli bilinib.

Məlum olub ki, hadisə günü Z.İsgəndərov işlədiyi yanacaqdoldurma məntəqəsində gecə növbəsindən çıxaraq evə gəlib. O, evə daxil olduqda arvadının yataq otağında uzandığını və süfrə açmadığını görüb.

Z.İsgəndərov həyat yoldaşından niyə süfrə açmadığını soruşduqda "get özün hazırla" cavabını alıb. Nəticədə mübahisə yaranıb və qanlı cinayət baş verib.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs ərini əsəbiləşdirdiyini boynuna alıb və ona cəza təyin edilməməsini xahiş edib:

"Zamiqlə 2014-cü ildə ailə qurmuşuq, 2 övladımız var. 2 ildir Fatmayı kəndində ev alıb orada yaşayırıq. Hadisə günü əhvalım yaxşı olmadığı üçün evdə yataq otağında istirahət edirdim. Zamiq gecə növbəsindən səhər saat 09:30 radələrində evə gəldi. Uşaqlar həyətdə oynayırdı. Zamiq evə gəldikdə nə üçün səhər yeməyi hazırlamadığımı soruşduqda əhvalımın yaxşı olmadığını dedim. Aramızda sözlü mübahisə yarandı və Zamiq məndən atamın evinə, Gədəbəyə getməyimi istədi.

Əvvəllər də aramızda belə hallar olurdu. Atama zəng edərək "gəlin qızınızı aparın" dedi. Atam da onunla telefonda razılaşdı. Övladım isə Fatmayı kəndində məktəbdə oxuduğuna görə, atamgilə getməkdən imtina etdi.

Sonra Zamiq mətbəxə keçib yemək yeməyə başladı. Uşaqlara dedim ki, ataları ilə bir süfrədə əyləşməsinlər. Çünki ona acıqlı idim. Uşaqlara bu sözü dedikdə, Zamiq əsəbiləşdi. Bu vaxt mən Mehdiabada paltar almağa getmək istəyəndə icazə vermədi. Dedi ki, heç yerə getməyəcəksən, paltarı sabah gedib Gədəbəydən alarsan. Mən isə höcətləşib gedəcəyimi bildirdim. Zamiq isə "getsən səni vuracam" xəbərdarlığını etdi. Ona dedim ki, qeyrətin çatırsa, vur, mən heç kimdən zərrə qədər qorxmuram...

Bu zaman Zamiq uşaqları həyətə oynamağa göndərdi. Dediklərimi təkrar etdirdi, sonra mətbəx mebelinin üzərində olan bıçağı götürüb qarın nahiyəmdən bir neçə dəfə vurdu. Zərbələrdən yerə yıxıldım. Zamiq bıçağı gizlətdi ki, birdən uşaqlar evə gələr, bıçağı görməsinlər.

Sonra məni xəstəxanaya aparmaq üçün küçəyə çıxdı ki, maşın tapsın. Xəsarət alsam da, huşum yerində idi, yavaş-yavaş evin dəhlizinə çıxdım. 2-3 dəqiqəyə Zamiq evə gəldi və məni qucağında evdən çıxarıb avtomobilə mindirdi. Bu zaman uşaqlar gördülər, onlar da maşına əyləşdilər. Zamiq, uşaqlarım və tanımadığım taksi sürücüsü ilə birlikdə xəstəxanaya çatmaq üçün yola düşdük. Mehdiabadda polislə rastlaşdıq. Həmin polisin köməyi ilə tıxaca düşmədən tez bir zamanda Sabunçu xəstəxanasına çatdıq".

Hadisədən sonra Zamiq İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə tərəflərin barışmasını, azyaşlı övladlarının olmasını və digər halları nəzərə alaraq, Zamiq İsgəndərova şərti cəza verib. Bir neçə aydır həbsdə olan şəxs məhkəmə zalından sərbəst buraxılıb.

Paylaş

Xəbər lenti

Ceyran Rəhimova illər sonra efirə qayıdır - Bu kanalda çalışacaq Bu gün, 14:48 Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir" Bu gün, 14:48 "Qeyrətin çatırsa, vur" deyən arvadını bıçaqlayan kişi azadlığa buraxıldı Bu gün, 14:48 Avropanın Ukraynanı yeni təhlükəsizlik sisteminə daxil etmək planlarını nəzərə alırıq - Rusiya Bu gün, 14:48 Taksi sürücülüyü yalnız avtomobil idarə etmək deyil: sürücülərə hansı dəstək göstərilir? Bu gün, 14:48 FBI sistemlərinə sızma iddiası: Minlərlə əməkdaşın məlumatları ələ keçirilib Bu gün, 14:48 Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib Bu gün, 14:48 "MyShops"dan "Nothing" smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan! Bu gün, 14:48 Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA Bu gün, 14:48 Avtomobildə başlayan yanğın YPX əməkdaşlarının çevikliyi sayəsində söndürüldü Bu gün, 13:48 Tahir Kərimli: "Deputatlıq fəaliyyətim bitəndən sonra zənglərin, axtaranların sayı azalıb" Bu gün, 13:48 "Qısa müddətdə insanlara keçir" - Tanınmış professor təhlükəli virusları açıqladı Bu gün, 13:48 Aydın Mirzəzadə: "Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi" Bu gün, 13:48 Polşada ABŞ hərbi bazasına "Fort Tramp" adı verilə bilər Bu gün, 13:48 Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb Bu gün, 13:48 "Həkimlər sümüyümü sındırdılar, onların səhlənkarlığının qurbanı oldum" Bu gün, 13:48 Azərbaycanda nüfuz alverində təqsirləndirilən zabit azadlığa buraxıldı Bu gün, 12:49 Karlos Prates: İslam Maxaçevlə döyüşüm UFC tərəfindən təsdiqlənib Bu gün, 12:49 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi Bu gün, 12:49 Bir vəkil kollegiyadan çıxarılıb, iki nəfərə töhmət verilib Bu gün, 12:48 Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 12:48 Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? Bu gün, 12:48 Zaur Mikayılovun vətəndaşlarla görüş tarixi dəyişdirilib Bu gün, 12:48 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ Bu gün, 11:48 "2026 Formula-1"ə görə sürücülərə VACİB MÜRACİƏT Bu gün, 11:48 Xəstəxanaya yerləşdirilən Rəşad Səfərov: "Ürəyimdə ciddi problemlər var" Bu gün, 11:48 Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI Bu gün, 11:48 Xankəndi stadionunda təmir işlərinin ayın sonunadək başa çatdırılması planlaşdırılır Bu gün, 11:48 AMB: İzafi likvidlik 6,3 milyard manata çatıb Bu gün, 11:48 Kaşif Kozinoğlunun ölümü ilə bağlı yeni detallar açıqlandı Bu gün, 11:48 İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib Bu gün, 11:48 İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Estoniya səfiri Azərbaycanın Ukraynaya humanitar yardım etməsini yüksək qiymətləndirib Bu gün, 11:48 İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib Bu gün, 11:48 Martin Ryan əfv edilib Bu gün, 11:48 Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək Bu gün, 10:48 Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir Bu gün, 10:48 Azərbaycanda 8 ayda istilik və isti su xidmətlərinin ümumi dəyəri açıqlanıb Bu gün, 10:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB? Bu gün, 10:48 Avtobusların iştirakı ilə baş verən ağır QƏZALAR Bu gün, 10:48 Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib Bu gün, 10:48 Donald Tramp sosial media hesabında Hikmət Hacıyevin müsahibəsini paylaşdı Bu gün, 10:48 DYP: Yol hərəkətində təhlükəsizliyin təmini tək sürücülərin deyil, piyadaların da məsuliyyətli davranmasını tələb edir Bu gün, 10:48 Bakıdakı tıxaclara son qoyacaq PLAN - Yollar və metro necə dəyişəcək? Bu gün, 10:48 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR