Bu gün, 09:50 67

Bakı Bulvarında qiymətlər necə formalaşır? - RƏSMİ AÇIQLAMA

"Dənizkənarı Bulvar İdarəsi və ya hər hansı dövlət qurumu sahibkarlıq subyektlərinin pərakəndə satış və müxtəlif xidmət qiymətlərinin inzibati qaydada tənzimləyicisi kimi çıxış etmir".

BAKU.WS xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov "Report" İnformasiya Agentliyinə və "ARB" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Dənizkənarı Milli Park ərazisində müxtəlif sahibkarlıq subyektləri tərəfindən göstərilən xidmətlər və təqdim olunan məhsullar qanunvericiliklə dövlət tərəfindən tənzimlənən hallar istisna olmaqla, sərbəst bazar münasibətləri şəraitində formalaşır.

"İnzibati qaydada tənzimləmə mümkün olmasa da, İdarə öz səlahiyyətləri çərçivəsində müxtəlif tədbirlərlə qiymətlərin əlçatanlığı, ərazidəki xidmətlərin müxtəlifliyi, sərbəst rəqabət mühitinin formalaşması, həmçinin digər yollarla əlçatanlığın təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Bu çərçivədə əsas format İdarənin sahibkarlıq subyektləri ilə apardığı işçi müzakirələrdir. Məsələn, hansısa qiymət artımına təsir edən amillərin aradan qaldırılması mümkün olduqda, həmin kommersiya subyektləri ilə olan kommersiya şərtlərində müəyyən güzəştlərin edilməsi, həvəsləndirmə və digər faktorların tətbiqi yolu ilə bu cür qiymət artımının qarşısını almaq istiqamətində iş aparılır. Son bir neçə il ərzində sahibkarlıq subyektləri ilə bu istiqamətdə aparılan işlərin müəyyən nəticələri özünü göstərir", - deyə X.Ağalarov bildirib.

X.Ağalarov əvvəllər ən çox rast gəlinən tendensiyalardan birinin xüsusi kütləvi tədbirlər zamanı ziyarətçi sayının artması ilə əlaqədar sahibkarlıq subyektlərinin süni şəkildə qiymətləri artırması olduğunu vurğulayıb.

"Aparılan işlər çərçivəsində bu kimi halların qarşısı alınıb. İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı tələblərin, o cümlədən qiymətlərlə bağlı şəffaflığın təmin edilməsi, hər hansı məhsul və ya xidmətlə bağlı məlumatların açıq şəkildə göstərilməsi tələblərinin tədricən yerinə yetirilməsi nəticəsində artıq bu istiqamətdə irəliləyişlər var və mövcud çatışmazlıqlar aradan qaldırılıb.

Dənizkənarı Bulvar İdarəsi sahibkarlıq subyektləri ilə bağlı aktiv təmaslar çərçivəsində bu cür məsələlərin davamlı olaraq tənzimlənməsini təmin etmək mövqeyində çıxış edir", - deyə sədr əlavə edib.

Paylaş

Xəbər lenti

Azərbaycan əsilli döyüşçü UFC-də debüt edəcək Bu gün, 10:48 "Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşır Bu gün, 10:48 İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayır Bu gün, 10:48 Prezidentin xüsusi nümayəndəsi: "İşğaldan azad edilmiş ərazilərdə 20-dən çox kiçik SES tikilib" Bu gün, 10:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 10:48 Qazaxıstanda Xəzərdə hərbçilərin ölümündə şübhəli bilinən şəxslər müəyyən edilib Bu gün, 10:48 Azərbaycanlı aparıcı ailə qurdu Bu gün, 10:48 Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb Bu gün, 10:48 Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib Bu gün, 10:48 Mikayıl Cabbarov: "Dayanıqlılığın da öz qiyməti var" Bu gün, 10:48 Şairdən ateistlərə ÇAĞIRIŞ: "Məndən yaxşı şeir yazan varsa, buyursun" Bu gün, 09:50 Bakı Bulvarında qiymətlər necə formalaşır? - RƏSMİ AÇIQLAMA Bu gün, 09:50 Cəlilabadda görünməmiş tapıntı: Qazıntılar zamanı nələr üzə çıxdı? Bu gün, 09:50 Mingəçevirdə Kür çayında hərəkətdə olan qayıq restorana çırpıldı Bu gün, 09:50 Bakıda Beynəlxalq İnvestisiya Forumu işinə başlayır Bu gün, 09:49 Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA Bu gün, 09:49 "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb Bu gün, 09:49 Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub Bu gün, 09:49 Güclü yağış və sel suları nəticəsində zərər görmüş yol infrastrukturunda bərpa işləri davam etdirilir Bu gün, 09:48 H&M Azərbaycanda ilk mağazasını 17 oktyabr 2026-cı ildə açacaq Bu gün, 09:48 Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək Bu gün, 08:48 Bu gün Bakının bu ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib Bu gün, 08:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb Bu gün, 08:48 Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib Bu gün, 08:48 Vaşinqton Avropadakı müharibəni bitirə biləcək? Zelenski ABŞ-də nələrdən danışdı? Bu gün, 08:48 Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir Bu gün, 08:48 Efiopiyada münaqişə genişlənir: Tiqray qüvvələri üç hava limanını ələ keçirib Bu gün, 01:48 Ceyhun Bayramov Nyu-Yorkda Azərbaycan – ABŞ strateji tərəfdaşlığının önəmindən bəhs edib Bu gün, 00:48 Almaniyanın Cənubi Qafqaz siyasətində qəribə ritorika: Paşinyanın mükafatlandırılmasının pərdəarxası Bu gün, 00:48 Zəngilanın daha bir kəndində müasir infrastruktur yaradıldı Dünən, 23:48 Həmidə Ömərova: "Bu üç gün ərzində çox qocaldım" Dünən, 23:48 Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır Dünən, 23:48 Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB Dünən, 23:48 Azərbaycandan Rumıniyaya neft ixracının həcmi təxminən 19 faiz artıb Dünən, 22:48 Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub Dünən, 22:48 Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ Dünən, 22:48 Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər Dünən, 22:48 Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə Dünən, 21:48 Banklar debet kartların satışına niyə məhdudiyyət qoyub? - YENİ AÇIQLAMA Dünən, 21:48 Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib Dünən, 21:48 "Sabah"ın matçına gedənlərin nəzərinə! - Nəqliyyat ayrıldı Dünən, 21:48 Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 21:48 Qazaxıstanda 25 sentyabr ümummilli matəm günü elan edildi Dünən, 20:48 "Birliyin Gücü - 2026": Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub Dünən, 20:48 Xalq artisti: "11 yaşımda ana oldum, mən böyümədim" Dünən, 20:48 Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR