Bu gün, 09:49 38

Bakıda Beynəlxalq İnvestisiya Forumu işinə başlayır

Bu gündən Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.

BAKU.WS xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunacaq.

Forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil ediləcək. Forumun strateji tərəfdaşı olan "The European House - Ambrosetti & TEHA Group" Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.

Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirəcək. Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar barədə fikir mübadiləsi aparılacaq. Müzakirələrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı və tranzit qovşağı kimi formalaşmış mövqeyindən sənaye istehsalı, investisiya və regional dəyər zəncirlərinin inkişafını dəstəkləyən daha geniş iqtisadi platformaya çevrilməsi xüsusi diqqət mərkəzində olacaq.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platformadır. Beynəlxalq tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji, aqrar, su resursları, idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, ötən ilin sentyabrında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Sazişlərin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunu əhatə edib.

Paylaş

Xəbər lenti

Azərbaycan əsilli döyüşçü UFC-də debüt edəcək Bu gün, 10:48 "Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşır Bu gün, 10:48 İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayır Bu gün, 10:48 Prezidentin xüsusi nümayəndəsi: "İşğaldan azad edilmiş ərazilərdə 20-dən çox kiçik SES tikilib" Bu gün, 10:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 10:48 Qazaxıstanda Xəzərdə hərbçilərin ölümündə şübhəli bilinən şəxslər müəyyən edilib Bu gün, 10:48 Azərbaycanlı aparıcı ailə qurdu Bu gün, 10:48 Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb Bu gün, 10:48 Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib Bu gün, 10:48 Mikayıl Cabbarov: "Dayanıqlılığın da öz qiyməti var" Bu gün, 10:48 Şairdən ateistlərə ÇAĞIRIŞ: "Məndən yaxşı şeir yazan varsa, buyursun" Bu gün, 09:50 Bakı Bulvarında qiymətlər necə formalaşır? - RƏSMİ AÇIQLAMA Bu gün, 09:50 Cəlilabadda görünməmiş tapıntı: Qazıntılar zamanı nələr üzə çıxdı? Bu gün, 09:50 Mingəçevirdə Kür çayında hərəkətdə olan qayıq restorana çırpıldı Bu gün, 09:50 Bakıda Beynəlxalq İnvestisiya Forumu işinə başlayır Bu gün, 09:49 Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA Bu gün, 09:49 "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb Bu gün, 09:49 Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub Bu gün, 09:49 Güclü yağış və sel suları nəticəsində zərər görmüş yol infrastrukturunda bərpa işləri davam etdirilir Bu gün, 09:48 H&M Azərbaycanda ilk mağazasını 17 oktyabr 2026-cı ildə açacaq Bu gün, 09:48 Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək Bu gün, 08:48 Bu gün Bakının bu ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib Bu gün, 08:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb Bu gün, 08:48 Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib Bu gün, 08:48 Vaşinqton Avropadakı müharibəni bitirə biləcək? Zelenski ABŞ-də nələrdən danışdı? Bu gün, 08:48 Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir Bu gün, 08:48 Efiopiyada münaqişə genişlənir: Tiqray qüvvələri üç hava limanını ələ keçirib Bu gün, 01:48 Ceyhun Bayramov Nyu-Yorkda Azərbaycan – ABŞ strateji tərəfdaşlığının önəmindən bəhs edib Bu gün, 00:48 Almaniyanın Cənubi Qafqaz siyasətində qəribə ritorika: Paşinyanın mükafatlandırılmasının pərdəarxası Bu gün, 00:48 Zəngilanın daha bir kəndində müasir infrastruktur yaradıldı Dünən, 23:48 Həmidə Ömərova: "Bu üç gün ərzində çox qocaldım" Dünən, 23:48 Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır Dünən, 23:48 Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB Dünən, 23:48 Azərbaycandan Rumıniyaya neft ixracının həcmi təxminən 19 faiz artıb Dünən, 22:48 Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub Dünən, 22:48 Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ Dünən, 22:48 Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər Dünən, 22:48 Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə Dünən, 21:48 Banklar debet kartların satışına niyə məhdudiyyət qoyub? - YENİ AÇIQLAMA Dünən, 21:48 Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib Dünən, 21:48 "Sabah"ın matçına gedənlərin nəzərinə! - Nəqliyyat ayrıldı Dünən, 21:48 Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 21:48 Qazaxıstanda 25 sentyabr ümummilli matəm günü elan edildi Dünən, 20:48 "Birliyin Gücü - 2026": Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub Dünən, 20:48 Xalq artisti: "11 yaşımda ana oldum, mən böyümədim" Dünən, 20:48 Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR