
Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.
AVESTA.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, son günlərdə ölkənin dağlıq və dağətəyi bölgələrində müşahidə olunan intensiv yağıntılar Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub.
Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.