
27 Sentyabr – Anım Günü münasibətilə daha bir şəhidimizin xatirəsi anılıb.
BAKU.WS xəbər verir ki, Nərimanov rayonundan olan şəhid Kərimbəyli Elçin Əlioğlunun xatirəsi anılıb. Daha sonra şəhidin yaxınları, qohumları, eləcə də, vəzifəli şəxslər Bülbülü kənd qəbirsanlığında şəhidin məzarını ziyarət ediblər
Bildirilib ki, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanımızın xatirəsi daim qəlbimizdə yaşayacaq, onun göstərdiyi şücaət və fədakarlıq heç vaxt unudulmayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.