
27 Sentyabr – Anım Günü münasibətilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Dostluq Parkında Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, səfirlik əməkdaşları türkiyəli həmkarları ilə birlikdə abidənin önünə gül dəstələri qoyub.
Ziyarət zamanı həyatını itirən şəhidlərin ruhlarına dualar oxunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.