Bu gün, 19:48 43

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? - SİYAHI

Azərbaycanda müəyyən kateqoriyalara aid şəxslərə sosial yardım məqsədilə aylıq və birdəfəlik müavinətlər ödənilir. Müavinətlərin təyin olunması və ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir.

AVESTA.AZ-in məlumatına görə, sosial müavinət almaq hüququ Azərbaycan vətəndaşları ilə yanaşı, beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, ölkə ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil olunur. Dövlət qulluqçularına ömürlük müavinət bu qaydadan istisnadır.

Qanunvericilikdə əmək qabiliyyətli olmayan şəxslər sırasında əlilliyi olan şəxslər, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatmış şəxslər, eləcə də vəfat etmiş şəxsin müəyyən kateqoriyaya aid övladları nəzərdə tutulur.

Aylıq sosial müavinət kimlərə verilir?

Hazırda qanunvericiliyə əsasən aşağıdakı kateqoriyalar aylıq sosial müavinət almaq hüququna malikdir:

  • dövlət qulluqçuları – müəyyən edilmiş şərtlərlə ömürlük müavinət;
  • yaşa görə müavinət almaq hüququ olan şəxslər;
  • əlilliyi olan şəxslər;
  • ailə başçısını itirmiş şəxslər;
  • 3 yaşınadək uşağa qulluq edən şəxslər;
  • müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqları;
  • valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları və himayəçiləri;
  • 1 yaşınadək uşağı olan aztəminatlı ailələr;
  • vəfat etmiş Azərbaycanın keçmiş Prezidentinin həyat yoldaşı və ya öhdəsində olan uşağı;
  • beşdən çox uşağı olan qadınlar;
  • övladlığa götürülən uşaqlar, o cümlədən əlilliyi olan uşaqlar;
  • himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyəsi ilə məşğul olan şəxslər.

Müavinət üçün hara müraciət etmək olar?

Müavinət almaq hüququ yarandıqdan sonra vətəndaş Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsinə, DOST mərkəzlərinə və ya müəyyən kateqoriyalar üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.

Müraciətə, bir qayda olaraq, qeydiyyata alındığı gündən ən geci 10 gün ərzində baxılır və müvafiq qərar qəbul edilir.

Müavinətin təyin olunmasından imtina edildiyi halda isə müraciət edən şəxsə 5 gün ərzində imtinanın səbəbləri göstərilməklə rəsmi məlumat verilməlidir. Şəxsin həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ var.

Qanunvericiliyə əsasən, müavinət almaq hüququ yaranıbsa, ödəniş ən çoxu müraciət tarixindən əvvəlki 3 illik dövr üçün həyata keçirilə bilər.

Dövlət qulluqçularına ömürlük müavinət necə verilir?

Ayrıca qaydada dövlət qulluqçularına ömürlük sosial müavinət də nəzərdə tutulur. Bu ödəniş inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçularının pensiya yaşına çatması və ya əlilliyi ilə əlaqədar könüllü şəkildə dövlət qulluğundan ayrılması zamanı müəyyən şərtlərlə təyin edilir.

Bunun üçün dövlət qulluqçusunun dövlət qulluğunda azı 15 il qulluq stajı və əmək pensiyası almaq hüququ olmamalıdır.

Müavinət ömürlük təyin edilir və şəxs yenidən dövlət qulluğuna qəbul olunduğu halda onun ödənişi dayandırılır.

Bu müavinətin məbləği dövlət qulluqçusunun işdən ayrıldığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq dövlət məvacibi əsasında hesablanır. 12 aydan az dövlət qulluğunda çalışan şəxslər üçün hesablamada faktiki qulluq edilmiş tam təqvim ayları nəzərə alınır.

Aylıq ömürlük müavinətin məbləği hesablanmış dövlət məvacibinin 15 faizini təşkil edir. Dövlət məvacibinə vəzifə maaşı ilə yanaşı, mükafatlar və müxtəlif əlavələr də daxil edilir.

Paylaş

Xəbər lenti

Naftalan şəhərinə icra başçısı təyin edilib Bu gün, 19:48 Gədəbəy rayonuna icra başçısı təyin olunub Bu gün, 19:48 Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub Bu gün, 19:48 Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib Bu gün, 19:48 Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb Bu gün, 19:48 Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik Bu gün, 19:48 Estoniya Rusiya və Belarus vətəndaşlarına daşınmaz əmlak satışını məhdudlaşdırmaq istəyir Bu gün, 19:48 Tehran masaya yeni plan qoydu: Müharibənin dayandırılması üçün ŞƏRTLƏR Bu gün, 19:48 Azərbaycanda kimlər aylıq müavinət ala bilər? - SİYAHI Bu gün, 19:48 Azərbaycan–Küveyt media əməkdaşlığının inkişafı müzakirə olunub Bu gün, 19:48 Meyvə-tərəvəz bazarına yeni nəzarət: BAHALAŞMA olacaq? Bu gün, 18:48 "Şamaxı" klubunun əməkdaşı VƏFAT ETDİ Bu gün, 18:48 Bakıda hazırda hansı yollarda sıxlıq var? Bu gün, 18:48 Böyük Britaniyadakı Azərbaycan tələbə təşkilatları parlamentarilərə Anım Günü ilə bağlı müraciət ünvanlayıblar Bu gün, 18:48 Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq Bu gün, 18:48 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi Bu gün, 17:48 AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb Bu gün, 17:48 Psixoloqdan xəbərdarlıq: Cütlüklərin birlikdə məşq etməsi münasibətlərə təsir göstərə bilər Bu gün, 17:48 Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub Bu gün, 17:48 Aktyor Səmimi Fərhad: "Maşın yumuşam, təkər qaraltmışam, küçədə "bakkuş" satmışam" Bu gün, 17:48 Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI – 1818 nəfər qəbul oldu Bu gün, 17:48 Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bu gün, 17:48 Yuxusuzluq insult riskini 26 faiz artıra bilər – Alimlərdən yeni araşdırma Bu gün, 16:48 Deniz Göktaş azadlığa buraxıldı Bu gün, 16:48 Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək... Bu gün, 16:48 Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü Bu gün, 16:48 Qətər Avropa və Asiya ölkələrinə qaz tədarükünü dayandırdı - SƏBƏB Bu gün, 16:48 Braziliyada məhbus dəmir barmaqlıqların arasından keçərək qaçdı – ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 16:48 Futbolda qeyri-adi hadisə: oyunçunun saçını yolan iki futbolçu qırmızı vərəqə aldı Bu gün, 16:48 Ağsuda dağlıq ərazidə yanğın başlayıb Bu gün, 15:49 Bakıda oğlunu öldürən qadın özünü binadan atdı Bu gün, 15:49 Ançelotti Rafinyanı hücumçu mövqeyində sınayacaq Bu gün, 15:48 Qəhvə insanlara niyə fərqli təsir edir? - Dietoloq səbəbini açıqladı Bu gün, 15:48 Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı Bu gün, 15:48 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ Bu gün, 15:48 Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm – 5 il həbs şərti verildi Bu gün, 15:48 Kəlbəcərə sərmayə üçün tarixi fürsət: İlk özəl kompleksin satış şərtləri. Bu gün, 15:48 3 uşaq anası evdən qaçıb? - "Tez gəldim nənəmə dedim ki..." Bu gün, 15:48 Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 Bu həftə 12 bürcü nələr gözləyir? – Keçmiş sevgilər və pul gündəmdə Bu gün, 14:48 Jurnalist Əvəz Zeynallı vəfat etdi Bu gün, 14:48 Bakıda sabah yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 14:48 Bakının mərkəzində piyada zonaları genişləndirilir Bu gün, 14:48 "Birliyin Gücü – 2026": Panton körpülərin qurulması, minalı sahələrdə keçidlər icra olunub Bu gün, 14:48 Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb Bu gün, 14:48 Məşhur brendin yeni smartfonlarından vacib aksesuar çıxarılıb Bu gün, 14:48 Putin Səudiyyə Ərəbistanındakı səfiri vəzifədən azad edib Bu gün, 14:48 "Azərbaycanda idarələrdə də öz dilimizdə danışmırlar" - Ayxan Abbasov Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR