
Sentyabrın 27-dən oktyabrın 4-dək olan həftədə münasibətlər, maliyyə, keçmişdən qalan məsələlər və şəxsi sərhədlər ön plana çıxacaq.
BAKU.WS xəbər verir ki, astroloq Hande Kazanovanın proqnozuna görə, oktyabrın 3-də Veneranın Əqrəb bürcündə geriləməsi keçmiş münasibətləri, yarımçıq qalan məsələləri və qısqanclıq mövzusunu yenidən gündəmə gətirə bilər. Marsın Şir bürcünə keçməsi isə daha aktiv və iddialı davranışları gücləndirəcək.
Qoç: Pul, borc və ödənişlərə diqqət yetirmək, şəxsi həyata müdaxilə edən insanlardan uzaqlaşmaq lazım gələ bilər.
Buğa: Ev və ailə məsələləri, eləcə də keçmiş münasibətlər yenidən gündəmə çıxa bilər.
Əkizlər: Dostluqlarla bağlı bəzi həqiqətlər üzə çıxa, iş və ünsiyyət sahəsində hərəkətlilik arta bilər.
Xərçəng: Köhnə münasibətlər və yarımçıq qalan hisslər yenidən xatırlana bilər. Maliyyə məsələlərində tələsməmək tövsiyə olunur.
Şir: Marsın təsiri ilə enerji və fəaliyyət artacaq. Ailə və evlə bağlı köhnə məsələlər də gündəmə gələ bilər.
Qız: Pul və ödənişlər əsas mövzulardan olacaq. Keçmiş söhbətlər və əlaqələr yenidən ortaya çıxa bilər.
Tərəzi: Sosial həyat canlanacaq, maliyyə və borc məsələlərində diqqətli olmaq lazım gələcək.
Əqrəb: Karyera və şəxsi münasibətlər ön plana çıxacaq. Keçmişdən biri ilə bağlı məsələ yenidən gündəmə gələ bilər.
Oxatan: Keçmiş münasibətlərlə bağlı yarımçıq məsələlərə aydınlıq gələ bilər. Səyahət və təhsil də gündəmdə olacaq.
Oğlaq: Ailə məsələləri və ortaq maliyyə ilə bağlı qərarlar önəm qazanacaq.
Dolça: Münasibətlər və tərəfdaşlıqlarda gərginlik yarana bilər. Keçmiş iş əlaqələri yenidən gündəmə çıxacaq.
Balıqlar: İş və gündəlik fəaliyyət sürətlənəcək. Keçmişdən qalan təhsil, iş və hüquqi məsələlərin tamamlanması gündəmə gələ bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.