
Ukrayna paytaxtı Kiyevdə daha bir azərbaycanlı dron hücumları zamanı yaralanıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü Əhmədov İlqar Həşəm oğludur.
O, Kiyevin Vişneve rayonunda dron hücumuna məruz qalaraq yaralanıb. Hazırda vəziyyəti sabitdir.
Qeyd edək ki, bazara dron zərbəsi zamanı bir neçə azərbaycanlının yaralandığı bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.