
Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin "Barselona"nın ulduzu Rafinyanı mərkəz hücumçusu mövqeyində sınamağı planlaşdırdığı bildirilir.
BAKU.WS "The Touchline"ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin bu qərarı futbolçunun son oyunlardakı yüksək məhsuldarlığı ilə bağlıdır. Rafinya son qarşılaşmalarda "Rasinq"ə qarşı 7:2 hesablı qələbədə və "Sevilya" ilə 3:1 hesablı matçda het-trik edib.
Braziliyalı futbolçu hazırda cari mövsümdə Avropanın beş böyük liqasında ən çox qol vuran oyunçu kimi göstərilir.
Qeyd edək ki, Braziliya millisinin növbəti oyunu sentyabrın 29-da keçiriləcək. Cənubi Amerika təmsilçisi yoldaşlıq görüşündə Avstraliya ilə qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.