
Məşhur aktrisa Aslı Enver şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, aktrisa həyat yoldaşı Berkin Gökbudakla birlikdə xaricə köçməyə hazırlaşır.
Bu qərarın verilməsinə səbəb B. Gökbudakın iş yerini dəyişməsi olub.
Cütlüyün yeni yaşayış yeri kimi Praqa şəhərini seçdiyi bildirilir.
Aslı Enverin həyatındakı bu dəyişiklik izləyicilərin xüsusi marağına səbəb olub.
Belə ki, aktrisa 9 il əvvəl yəni, 2017-ci ildə məşhur "İstanbullu Gəlin" serialında çəkilərkən də ssenariyə əsasən Praqaya köçmüşdü.
İllər sonra da Aslının eynilə serialdakı kimi Praqaya köçməsi fanatları tərəfindən təəccüblə qarşılanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.