
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"da iştirak edib, müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edib. O, amerikalı, azərbaycanlı və beynəlxalq tərəfdaşlarla birlikdə müdafiə, təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub", - məlumatda bildirilib.
Qeyd olunub ki, bu il keçirilən ADEX sərgisi ABŞ-nin geniş iştirakı ilə diqqət çəkir: "Sərgidə, o cümlədən ilk dəfə iştirak edən Amerika müdafiə sənayesi şirkətləri ilə yanaşı, Lockheed Martin, Northrop Grumman, Ondas, SIG SAUER, Vantor, Persistent Systems, Motorola, L3Harris, Curtiss-Wright və Space Eyes kimi ABŞ şirkətləri də təmsil olunur.
Strateji Tərəfdaşlıq Xartiyamız çərçivəsində Birləşmiş Ştatlar ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığını genişləndirməyə davam edir".
Müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edib. O, amerikalı, azərbaycanlı və beynəlxalq tərəfdaşlarla birlikdə müdafiə və təhlükəsizlik sahələrində yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olub. Bu il keçirilən ADEX sərgisi ABŞ-ın xüsusilə geniş iştirakı ilə diqqət çəkir. Sərgidə, o cümlədən ilk dəfə iştirak edən Amerika müdafiə sənayesi şirkətləri ilə yanaşı, Lockheed Martin, Northrop Grumman, Ondas, SIG SAUER, Vantor, Persistent Systems, Motorola, L3Harris, Curtiss-Wright və Space Eyes kimi ABŞ şirkətləri də təmsil olunur. Strateji Tərəfdaşlıq Xartiyamız çərçivəsində Birləşmiş Ştatlar və Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığını genişləndirməyə davam edir.
— U.S. Embassy Baku (@USEmbassyBaku) September 30, 2026
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.