
Qubada 60 yaşlı kişi dəm qazından boğularaq ölüb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Allahverdiyev İmran Ziyəddin oğlu yaşadığı fərdi evin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.