
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb.
Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onlar oktyabrın 2-də polis əməkdaşları tərəfindən tapılaraq ailələrinə təhvil veriliblər.
Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.