30-01-2023, 13:50 465

İranın Azərbaycana qarşı düşmənçiliyinin sensasion səbəbləri açıqlanıb

"İstənilən kriminal və ya siyasi hadisənin pərdəarxası “liderləri”ni və icraçılarını bilmək üçün lazım olan ümumi qayda həmin hadisəni dərindən araşdırmaq və ondan kimin və ya hansı hərəkatların faydalandığını görməkdir. Bu il yanvar ayının 27-də Tehranda Azərbaycan səfirliyinə silahlı hücumun, cinayət aktının hansı qüvvə tərəfindən həyata keçirildiyi araşdırılmalıdır".

Bu sözləri "Report"a açıqlamasında Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi deyib.

Onun sözlərinə görə, İranın rəsmi orqanlarından bu hadisə ilə bağlı sızdırılan və yayılan məlumatlarla hökumətin rəsmi məlumatının arasında ziddiyyət müşahidə olunur. Bu da rəsmi məlumatların doğru olmadığını sübut edir. Bu yalanlar həqiqəti ört-basdır etmək və İran hökumətini məsuliyyətdən azad etmək üçündür.

Hazırda Fransada yaşayan M.Rəzmi bildirib ki, İranda mövcud olan dini rejim normal və vahid bir rejimə bənzəmir: "Bu rejimin daxilində çoxlu qruplaşmalar və çoxlu güc dəstələri var. Hazırda İranın ali rəhbəri ayətullah Əli Xamenei ətrafına toplaşan bu güc dəstələri hakimiyyət uğrunda mübarizə aparır və bu yolda heç bir güzəştə getmirlər. Dəstələrdən biri hər hansı bir layihə ilə bağlı uğur qazanırsa, digər rəqib dəstələr onun layihəsinin iflasa uğraması üçün əllərindən gələni edirlər. Ona görə də bu hökumət siyasətini dəyişmək və özünü islah etmək iqtidarında deyil. Çünki istənilən dəyişiklik cəhdi güc dəstələrinin maraqlarının toqquşması ilə qarşı-qarşıya qalır.

Biz son 44 ildə dəfələrlə bu mühüm “yarışların” və qarşıdurmaların şahidi olmuşuq. Nümunə üçün deyə bilərik ki, Məhəmməd Xatəmi ziyalılara söz azadlığı vermək istəyəndə rəqib dəstə silsilə qətllərə başladı, 7 yazıçı və ziyalını “aradan götürdülər”. Qasım Süleymani və İsmayıl Qaani də daxil olmaqla İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 22 komandiri Əli Xameneiyə məktub yazaraq bildirdilər ki, artıq onların səbr kasası dolmuşdur. Onlar hətta Xatəminin özünü də çevrilişlə hədələdilər. Yaxud 2015-ci ildə Həsən Ruhani böyük dövlətlərlə nüvə sazişi imzalayanda rəqib dəstələr güclü bir raketin üzərinə ivrit dilində İsrailin məhv edilməli olduğunu yazmışdılar. Onlar Həsən Ruhani hökumətinin nüvə sazişini bağlamaması üçün əllərindən gələni etdilər. Hətta Həsən Ruhaninin xarici işlər nazirini də praktiki olaraq kənarda qoydular və nüfuzdan saldılar. Yəni İran hökumətindəki rusiyapərəst qrup öz maraqlarını azad dünya ilə düşmənçilikdə görür və sülh istəmir".

Güneyli soydaşımız vurğulayıb ki, İran İslam Respublikasının iqtisadiyyatı iflasa uğradığından, hətta işçilərinin maaşlarını ödəmək üçün belə Prezident İbrahim Rəisi hökumətinin qonşu ölkələrlə ticarətə ehtiyacı var: "İbrahim Rəisinin Azərbaycan Respublikası ilə dostluq bəyannaməsi, İran və Azərbaycan parlament rəhbərlərinin görüşü, eləcə də iki ölkənin xarici işlər nazirlərinin telefon danışığı son həftələrdə ortaya qoyulmuş müsbət hadisələr idi. Amma göründüyü kimi böhranlardan və müharibələrdən qidalanan fürsətçi rəqib qruplar İranın qonşuları ilə münasibətlərini yaxşılaşdırmasını istəmir. Bu cinah Azərbaycan Respublikasının varlığını inkar edən Ermənistanın və Azərbaycanın qələbələrini həzm edə bilməyən irqçi paniranistlərin köməyi ilə Azərbaycanın Tehrandakı səfirliyinə hücum planlaşdıraraq rəqib cinahı vurmuşdur. Düşünürəm ki, onlar bununla kifayətlənməyəcəklər və daha çox təxribatlar edəcəklər".

Güney azərbaycanlı ekspert SEPAH-ın bugünkü müxalifliyinin əsas səbəbini Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsindəki böyük qələbəsində gördüyünü söyləyib: "Heç kimə sirr deyil ki, SEPAH Cəbrayılıda - işğal olunmuş Azərbaycan ərazisində narkotik maddələrin saxlanılması və tranziti məqsədilə anbar da yaratmışdı. İllərdir oraya beynəlxalq alverçilər tərəfindən narkotiklər gətirilirdi. Əvəzində beynəlxalq sanksiyalara görə İran İslam Respublikasının təmin edə bilmədiyi ehtiyacların bir hissəsini beynəlxalq qaçaqmalçılar vasitəsilə ödəmək istəyirdilər. Yaxud eyni qaçaqmalçılar tərəfindən başqa ölkələrdəki müvəkkilləri üçün, o cümlədən Yəmən husiləri üçün qaçaq silah hazırlayırdılar. 44 günlük Vətən müharibəsindən sonra bu qeyri-qanuni imkan SEPAH-ın əlindən çıxıb və deyilənə görə İran İslam Respublikası hazırda öz müvəkkillərinə maliyyə yardımı, eləcə də silah verməkdə çətinliklərlə üzləşib. İşğaldan azad olunmuş ərazilərdə SEPAH-ın qeyri-qanuni fəaliyyəti üçün imkanların aradan qalxması onun Azərbaycan Respublikası ilə düşmənçiliyinin əsas səbəblərindən biridir".

M.Rəmsi söyləyib ki, Azərbaycanın Tehrandakı səfirliyində törədilən cinayətə görə məsuliyyəti İran hökuməti daşıyır. O bildirib ki, əldə olan dəlillər də bu hadisədə İranın təhlükəsizlik təşkilatlarının iştirakının izlərini təsdiq edir: "Belə ki, İslam Respublikasının bəzi rəhbərləri bu cür tədbirləri təhlükəsizlik xidmətləri daxilindəki “ixtiyari ünsürlər”in işi hesab edirlər. İranlılar bilirlər ki, Əli Xamenei özü bütün avtokratik qüvvələrin lideridir. Bəsic və İslam İnqilab Keşikçiləri Korpusuna “özləri istədikləri halda” atəş açmaq əmri verən də o, özü idi. Hakimiyyətin hansısa bir qrupunun bu cinayəti törətməsi bütün hakimiyyətin məsuliyyətini azaltmır. Dünya tərəfindən pislənilən bu cinayət İran İslam Respublikasının terrorçu mahiyyətini bir daha göstərir. Dünya ictimaiyyəti İranın təkcə ərəb ölkələrini təhdid etdiyini deyil, eyni zamanda bu rejimin cinayətkar və terrorçu bir struktura malik olduğunu, həm də dünyada sülh və sabitlik üçün təhlükə yaratdığını dərk edir. Məncə, Tehranda azərbaycanlı diplomatın qətlinə görə məsuliyyət birbaşa İran İslam Respublikasının üzərinə düşür və o, dünya qarşısında cavab verməlidir".

Paylaş

Xəbər lenti

Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR