
Qobustandakı "Diri Baba" türbəsini bu ilin yanvar-sentyabr aylarında 28 215 turist ziyarət edib.
AVESTA.AZ-in məlumatına görə, bunu abidə kompleksinin direktoru Yusif Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, ziyarətçilərin 12 175-i xarici, 16 040-ı isə yerli turistlər olub. Türbəyə ABŞ, Yaponiya, Rusiya, Avropa ölkələri və Madaqaskardan da turistlər gəlib.
Hazırda ərazidə arxeoloji qazıntı, konservasiya və restavrasiya işləri aparılır.
Direktor bildirib ki, 2022-ci ildə aparılan qazıntılar zamanı XVI əsrdə yaşamış şeyxə aid olduğu müəyyən edilən skelet aşkarlanıb. Həmin məzarın üzərində də türbə və müvafiq infrastruktur yaradılması nəzərdə tutulur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.