Bu gün, 13:48 56

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib.

AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayevin oğlu Əziz Mustafayev şahid qismində ifadə verib.

Şahid ifadəsi zamanı bildirib ki, ibtidai istintaqda ifadəsi zamanı ona təqdim olunan rəqəmlər həqiqəti əks etdirməyib.

"Mənə mənimsənilən məbləğlərlə bağlı rəqəmlər göstərildikdə onların həqiqi göstəricilərdən dörd-beş dəfə artıq olduğunu gördüm. Çünki bütün bunlarla bağlı əlimdə rəsmi çıxarışlar var".

İlqar Mustafayevin ailə üzvlərinin adına olan rəsmi əmlaklarla bağlı prokurorun suallarını cavablandırarkən Əziz Mustafayev yalnız özünə məxsus əmlaklara aid məlumat açıqlayacağını deyib. Daha sonra hakim Xəzər rayonunun Şüvəlan qəsəbəsi və Səbail rayonu ərazisində onun ailə üzvlərinə məxsus əmlaklarının olduğu barədə istintaq materiallarında müvafiq sənədlərin olduğunu Ə.Mustafayevə xatırladıb.

Şahid isə öz növbəsində bununla bağlı ibtidai istintaqa hər hansı ifadə vermədiyini deyib.

Digər şahid İlqar Sadıqov isə əvvəllər Dənizkənarı Bulvar İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışdığını deyib, hazırda İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində işlədiyini bildirib:

"Rəhbərlik dəyişəndən sonra strukturda müəyyən dəyişiklik edilib. Bizim fəaliyyətimiz sənədlərlə və müqavilələrlə olub. Əməkhaqqıları işçilərin kartlarına ödənilib. Pulu qəbul edib sənədlə bank hesabına köçürmüşük. Vüqar Abbasovla Elyar Əliyevi tanıyıram. Onlardan pulu götürüb banka yerləşdirirdik".

Şahidin sözlərinə görə, onlara nağd formada hər hansı bir vəsait təqdim olunmayıb:

"Maliyyə şöbəsində kassir ştatı olmayıb. Yığılan pulları mühasib götürüb, sənədlə bank hesabına mədaxil edib. Pul gəldikdən sonra, qaydaya əsasən, banka qoyulmalı idi".

Növbəti proses oktyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Paylaş

Xəbər lenti

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 14:48 Bu şəxslərin pensiyası daha çox artacaq Bu gün, 14:48 Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib Bu gün, 14:48 Dünya çempionatı: Zelim Tçkayev də 1/4 finala çıxdı Bu gün, 14:48 Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib Bu gün, 14:48 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi Bu gün, 14:48 Siyavuş Novruzov: "Niyə fermer öz ərazisində tikinti aparmaq üçün yeddi nazirlikdən icazə almalıdır?" Bu gün, 14:48 "İmişli"də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır Bu gün, 14:48 Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib Bu gün, 14:48 Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir Bu gün, 14:48 "Qarabağ"ın hücumçusu "Olimpiakos"a keçə bilər Bu gün, 13:48 Mehriban Rəhimliyə hökm oxundu Bu gün, 13:48 At məşhur aktrisanı dişlədi Bu gün, 13:48 "Nənələr" folklor qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu Bu gün, 13:48 Rusiyada "ağciyər vəbası" həyəcanı - ABŞ vətəndaşlarını ölkəni tərk etməyi çağırdı Bu gün, 13:48 Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan yararlanması məsələsi parlamentdə qaldırılıb Bu gün, 13:48 İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi? Bu gün, 13:48 Ceyhun Bayramov Türkmənistanda MDB XİN Şurasının iclasında iştirak edəcək Bu gün, 12:48 Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq Bu gün, 12:48 Bakıda avtobusla toqquşan maşın ağaca çırpıldı: Sürücü belə xilas edildi Bu gün, 12:48 Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib Bu gün, 12:48 Ombudsman: Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir Bu gün, 12:48 8 kənd turistlərin üzünə açılır: Gəlirlər birbaşa sakinlərə çatacaq Bu gün, 12:48 Dünya çempionatı: Zelim Tçkayev növbəti mərhələyə vəsiqə qazanıb Bu gün, 12:48 Elza Seyidcahanla Rəşid Mahmudovun məhkəməsi: 10 min istədi, 500 manat alacaq Bu gün, 12:48 Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb Bu gün, 12:48 Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir Bu gün, 11:48 Ağdamda Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi Bu gün, 11:48 Bakıda ağırtonnajlı nəqliyyat vasitələri toqquşub Bu gün, 11:48 Biləcəridəki bu yol ucqar dağ kəndini xatırladır Bu gün, 11:48 FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət edib Bu gün, 11:48 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq? Bu gün, 11:48 Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı Bu gün, 11:48 Yanğın təhlükəsizliyinə dair əhaliyə MÜRACİƏT Bu gün, 11:48 QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir Bu gün, 11:48 Diri Baba türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib Bu gün, 10:48 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi - Təfərrüat Bu gün, 10:48 DİM prokurorluq orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçirəcək Bu gün, 10:48 Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur Bu gün, 10:48 Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb Bu gün, 10:48 Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı Bu gün, 10:48 Gəmi milyonluq malikanəyə çırpıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 10:48 Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır Bu gün, 10:48 İtkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşması üçün Ermənistana çağırış edilib Bu gün, 10:48 "Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya Bu gün, 10:48 Azərbaycan BMT-də itkin düşmüş 71 uşağın taleyinin müəyyənləşdirilməsinə çağırıb Bu gün, 09:48 Bakıda 12 istiqamətdə tıxac yaranıb Bu gün, 09:48 Gömrükdə yarım milyon manatdan artıq dəyəri olan dərman aşkarlanıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR